4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Klublar Komitəsinin iclası keçirilib

“Baku Marriott Hotel Boulevard” hoteldə Klublar Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Elçin Məmmədov klubların lisenziyalaşdırılması üzrə yeni qaydalarda ötən mövsümə nisbətən baş vermiş mühüm dəyişikliklər barədə təqdimatla çıxış edib. Toplantıda Azərbaycan Premyer Liqasının cari mövsümü ərzində baş verən prosseslər, oyunların daha yaxşı təşkili, milli komandanın oyunçuların imic hüquqları ilə bağlı və digər məsələlər müzakirə olunub. Sonda Sərxan Hacıyev klublara ayrılan maliyyə vəsaiti üçün müəyyən olunan meyarlar barədə məlumat verib və bu mövzuda fikir mübadiləsi aparılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31