4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

AFFA 6 klubu cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 04.11.2022-ci il tarixində Azərbaycan Premyer Liqası XIII turunun “Turan Tovuz” - “Şamaxı” oyununda təcili tibbi yardım maşını oyunun başlama vaxtına gecikdiyinə görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.

Oyunda hər iki komandanın texniki zonasında oturan şəxslər A buraxılış vəsiqələrini taxmadıqlarına görə ayrı-ayrılıqda klublar 800 manat cərimə edilib.

05.11.22-ci il tarixdə Azərbaycan Premyer Liqasının XIII turunun  “Qəbələ” - “Zirə” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.

05.11.22-ci il tarixdə Azərbaycan Premyer Liqasının XIII turunun “Sumqayıt” - “Neftçi” oyununda “Neftçi” klubu stadiona gecikdiyi üçün klub 800 manat cərimə edilib.

Stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilmədiklərinə görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.

06.11.22-ci il tarixdə Azərbaycan Premyer Liqasının XIII turunun “Səbail” - “Sabah”  oyununda “Səbail” klubu tərəfindən PFL-in futbol himninin səsləndirilməməsinə görə klub 800 manat cərimə edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31