5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Qurbanov püşkü dəyərləndirdi

"Konfrans Liqasının pley-off mərhələsində bütün potensial rəqiblərimiz güclü idi. Ötən il olduğu kimi, bu il də ilk olaraq bizim rəqibimiz müəyyənləşdi. Güclü komandalardan biri ilə qarşılaşacağıq. “Gent" ciddi rəqibdir. Belçika futbolu milli komanda səviyyəsində uğurlar əldə edib".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun feysbuk səhifəsinə UEFA Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə (Belçika) düşmələrini dəyərləndirərkən deyib. 

Təcrübəli mütəxəssis bildirib ki, "Gent"in son illərdə klub səviyyəsində inkişaf göz önündədir: "Bu mövsüm Belçikanın digər təmsilçisi "Brügge" Çempionlar Liqasında güclü komandaların yer aldığı qrupda 2-ci yeri tutaraq, mərhələ adlamağı bacarıb. Bu isə onların çempionatlarının, klublarının gücündən və rəqabətindən xəbər verir. Bu mövsüm avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq. Futbolçularıma necə güvənirdimsə, indi də elədir. Qarşıda xeyli vaxtımız var. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün izah edək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İlk oyunumuz evdə olacaq. İnanıram ki, həm evdə, həm də səfərdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 16 və 23-də olacaq. "Qarabağ" ilk oyununu evdə keçirəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31