5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Fikirləşirəm ki, qalib gələ bilərdim”

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turunda "Neftçi" ilə heç-heçə etdikləri matçdan (2:2) sonra mətbuat konfransı təşkil edib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:

“Oyun gərgin keçdi. Sizin suallarınız daha çox olar. Marağınızın hardan qaynaqlandığını bilirəm. İstəmirəm ki, futbolçularımın belə əziyyət çəkdiyi və heç-heçə etdiyi oyuna kölgə salım. İşlərimiz çoxdur. Bizim oyunumuz bu deyil. Bu qədər boşluqdan sonra sən də nələr etməlisən. Komanda bu vəziyyətdə yaxşı oynadı. Səbuhi Abdullazadə, Murad Xaçayev istiliyi ola-ola oynadı. Oyundan tez-tez düşürdülər. Azarkeşlərimiz möhtəşəm idi. Bizim futbolumuz daha gözəl olacaq. "Sumqayıt"ın rəqibləri üçün nə olacağını görəcəksiniz”.

- Bir həftədə komandanın oyun planında nə dəyişib?

- Əsas olan futbolçularımın dediklərimi dərk etməyidir. "Turan Tovuz"la səfərdəki oyun sönük keçdi. Düzdür, rəqib qazanmışdı, amma biz də udsaydıq, eyni sözləri deyərdim.

- "Sumqayıt"ın bu oyununu zəif təsir bağışlayan "Neftçi" rəhbərliyinə bir mesaj kimi qəbul etmək olar?

- "Neftçi"yə nəyisə sübut etmək fikrim yoxdur. Mənim "Neftçi" ilə əlaqəm qalmayıb. Bu gün qələbə qazana bilərdik. Vaxt lazımdır. Heç kimə ismarıc göndərmək istəmirəm. Oyuna digər matçlardakı kimi hazırlaşmışdıq.

- Aydın Bayramovun oyununda geriləmə hiss olunur. Bu, rəqabətsizlikdən qaynaqlanır?

- Mən bura gələndə artıq vəziyyət belə idi. Aydına bir şey olsa, bəlkə də İlnura yol açılar. Hər şeyi axarına buraxaq. Qışda qapıçı məsələsinə mütləq baxacağıq.

- Regekampfla mübahisə etməyinizin səbəbi nə idi?

- Bu. iki kişinin arasında olan söhbətdir. Bunu açıqlamaq istəmirəm. Qırmızı vərəqə gözləmirdim. Həddindən artıq əsəbiləşmişdim.

- Son dəqiqələrdə qaçırılan epizodlarda hansı hissləri keçirdiniz?

- Tutub onu döyərdim (gülür).

- Heç-heçəni qələbəyə bərabər hesab edirsiniz?

- Qələbəyə bərabər tutmuram. Fikirləşirəm ki, qalib gələ bilərdim.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31