5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Regekampf: "Yaxşı oynamadıq"

"Neftçi"nin baş məşqçis Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sumqayıt"la heç-heçə etdikləri matçdan (2:2) sonra mətbuat konfransı təşkil edib.

Futbolxeber.az saytının məlumatına görə, rumın mütəxəssis komandasının xal itkisini belə şərh edib:

“İlk dəqiqələrdən oyuna aqresiv başlamadıq. Yaxşı oynamadıq. Şanslarımızı dəyərləndirə bilmədik. Bizim oyunçuların səviyyəsinə baxanda, çox asan qollar buraxdıq. Belə şeylər baş verməli deyil”.

- Müdafiədə olan boşluqların səbəbi nədə idi?

- Bütün komanda aqresiv oynamadı. Tək müdafiədə boşluq olduğunu deməzdim. Topu saxlaya bilmirdik, sürətli oynamırdıq. Məsələ tək müdafiədən getmir. Bütün komanda şəklində yaxşı müdafiə olunmadıq.

- Rəqib baş məşqçi ilə mübahisənizin səbəb nə oldu?

- Bunu şərh edə bilmərəm. İkimizin arasında olan bir şeydir.

- Aqil Məmmədov nə üçün heyətdə yox idi?

- Xəstələnib.

- Rəqib "Sumqayıt" yox, başqa komanda olsaydı, Rza Cəfərov qapıda duracaqdı?

- Yerli oyunçularımız az idi. Rəhman Hacıyev 2-3 gündür komanda ilə məşq edir. Bir müddət idi, kənarda qalmışdı. Yerli futbolçu baxımından seçim qarşısındaydıq. Bu cür problemlərlə mübarizə aparmağa çalışırıq. Rza yaxşı oynadı. İlk qolda bəxti gətirmədi. İkinci qolda da heç nə edə bilmədi. Komandaya inam verən oyun sərgilədi. Belə davam etsə, yaxşı qapıçı olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31