5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"Pula görə futbol oynamırıq"

"Həmişə Tovuz səfəri çox ağır keçir. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Bizə xal lazım idi. "Turan Tovuz"un yaxşı müdafiə olunduğunu bilirdik. Bu müdafiəni yarmaq üçün bizə rotasiyalar lazım idi. Qol imkanlarını qola çevirə bilmirdik. Həftə ərzində bunun üzərində işlədik". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə "Turan Tovuz"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bu gün sevincliyik. Futbolçularımı təbrik edirəm. Səbrli olmalıyıq, bu oyunçulara inanmaq lazımdır. Onlar bizim gələcəyimizdir. Hər oyuna motivasiya ilə çıxırlar. "Turan Tovuz"a uğurlar arzulayıram", - deyə o bildirib. 

Mütəxəssis qələbə üçün mükafat olacağını söyləyib: "Məbləği bilmirik. Biz pula görə futbol oynamırıq. Bizim üçün ən böyük mükafat ilk qələbəmizdir". 

Bu qələbənin komandada arxayınlıq yaratmayacağını vurğulayan V.Əsgərli görüş bitəndən sonra qarışıqlığın yaranması ilə bağlı deyib: "Futbolçular arasında gərginlik oldu. Oyunun sonudur, emosionallıq var. Orda baş verənlər orda da qaldı. Futbolçularla danışılası bir şey yoxdur. Özləri də dedilər-güldülər, barışdılar."

O, Rauf Əliyevin transfer siyahılarında olub-olmadıqları ilə əlaqədar söyləyib: "Tək Rauf yox, çox oyunçular siyahımızda var. Danışıqlar aparırıq. Mövsümün birinci yarısı bitdikdən sonra müzakirə aparacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31