6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

Nağıyevdən antirekord

“Şamaxı”nın futbolçusu Adil Nağıyev Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün ilk avtoqolunun müəllifi olub. 

Futbolxeber.az saytının məlumatına görə, o, X turun “Qəbələ” ilə ev oyununda (1:1) öz qapısına qol vurub.

Müdafiəçi bununla da Azərbaycan çempionatları tarixinin antirekordunu təkrarlayıb. Belə ki, Adil Premyer Liqada 3-cü avtoqoluna imza atıb.

Onun əvvəlki iki uğursuzluğu “Zirə”də çıxış etdiyi 2018/19 mövsümünə təsadüf edib. Nağıyev 2018-ci il sentyabrın 30-da “Sumqayıt”, 21 gün sonra “Keşlə” (indiki “Şamaxı”) ilə qarşılaşmada “fərqlənib”.

Dörd ildən sonra yenə öz qapısına qol vuran Adil Azərbaycan çempionatları tarixində ən çox avtoqol edən oyunçular sırasında qoşulub. O, üç belə üzüntü yaşayan 8-ci futbolçudur.
Nağıyevə qədər Denis Silva, Jairo Rodriges, Ayxan Abbasov, Saşa Yunisoğlu, Natiq Qasımov, həmçinin karyerasını hələ də Premyer Liqada davam etdirən Bədavi Hüseynov və Ruslan Abışov da üç avtoqol müəllifidir.

Qeyd edək ki, daha 17 oyunçu birdən artıq - hərəyə iki avtoqola üzülüb (pfl.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31