6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Rəşad Sadıqov: "Azərbaycan futbolundan 1 saatlıq video hazırlayaram ki..."

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Sabah”a səfərdə uduzduqları oyundan sonra mətbuat konfransı təşkil edib. Futbolxeber.az saytının məlumatına görə, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: 

- Sürətli, gərgin oyun oldu. Rəqib ilk dəqiqələrdən irəli atıldı. Buna hazırlaşmışdıq. Oyun getdikcə istədiyimiz temp alınırdı. İki 100 faizlik qol epizodu yaratdıq. Həlledici məqam bunlardan yararlanmamağımız oldu. Oyun soyuyarkən qol buraxmağımız məyusedicidir. Hesabda geri düşəndən və azlıqda qalandan sonra hücuma atıldıq. Oyun qopmuşdu, risk edirdik. Bu gün hər iki komanda qələbə qazana bilərdi. Kim qol vursa, qalib gələcəkdi. Rəqibi təbrik edirəm. Futbolçularım yaxşı mübarizə apardılar. Bu oyunu unudub, qarşıdakı matçlara köklənməliyik.

- Coşqun Diniyev etiraza görə qırmızı vərəqə aldı. Bu barədə nə deyə bilərsiniz?

- Sizə Azərbaycan futbolundan 1 saatlıq video hazırlayaram ki, ilk “sarı”sı olan futbolçu etiraza görə qırmızı almır. Baş hakim Elçin Məsiyevə sual verdim ki, neçə belə ikinci sarı vərəqə vermisən? Fikirləşdi və cavab vermədi. Kritik məqamda azlıqda qalmaq komandanı oyundan qoparır. Belə soyuqqanlı qərarlar “Zirə”yə qarşı olur. Nə isə... Hakimlikdən çox danışmaq istəmirəm.

- Sizcə, hakimlərin problemi Rəşad Sadıqovladır, yoxsa “Zirə” ilə?

- Bilmirəm.

- Oyunda iki futbolçunuz zədələndi...

- Keyta məcburi əvəzləndi. Hamdauidə ağrılar oldu. Keytanın zədələnməsi itkidir. Sonradan meydana çıxanlar da yaxşı oynadı.

- Mehdi Cənnətovun zədəsi nə yerdədir?

- Bəzən elə zədələr olur ki, həkimlər qeyri-müəyyən vaxt proqnoz edirlər. Mehdidə də belədir. Sağalmağını gözləyirik.

- Yeni transfer İssa Cibril qışdan oynaya biləcək. Bu, niyə belə alındı?

- Onunla avqustdan danışıqlar aparırdıq. Futbolçu sərbəst idi. Milli fasilədən sonra bizə qoşulmalı idi. Bəzi texniki səhvlər baş verib. Ona görə qışdan oynaya biləcək. İssa bəyəndiyimiz futbolçudur.

- Coşqun Diniyev qırmızı vərəqə alandan sonra hirsini cilovlaya bilmədi...

- Nəyisə sındırdığını bilmirəm. Ola bilər, hirsindən harasa vurub. Mənə belə qırmızı versələr, bəlkə daha betərini edərdim.

- Ona haqq qazandırırsız?

- Xeyr. Futbolçularımın səbirli olmasını istəyirəm. Amma biz də anlayışlı olmalıyıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31