6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Miçel Qonsales: "Qarabağ" yaxşı, baxımlı futbol oynayır"

"Oyunçularımı təbrik edirəm. Belə gərgin vəziyyətdə oynamaq asan deyil. Gələcəyə ümidlə baxırıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Ollimpiakos"un baş məşqçisi Miçel Qonsales Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib. 

O, qolsuz başa çatan matçı belə şərh edib: "Məşqlərə başlayanda 3 mərkəz müdafiəçisi ilə oynamaq fikrimiz yox idi. Sadəcə, oyun belə başladı. Amma sonradan sistemi dəyişdik. Gördük ki, belə daha yaxşı oynayırıq. Vrsalkonun fiziki durumu da ürəkaçan deyildi. Sistemi dəyişdikdən sonra komandanın daha yaxşı oynaması gələcək üçün ümid verdi.

İspaniyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionundakı atmosferi bəyəndiyini bildirib: "Stadion dolu olanda bundan zövq alıram. "Qarabağ" yaxşı, baxımlı futbol oynayır. Azarkeşlər də onlara dəstək olurdu. Yəqin ki, fanatlar razı qaldılar".

Miçel Yunanıstanda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları matçı da xatirlayıb: "Oradakı nəticə bizim üçün amansız oldu. Məğlubiyyətə layiq deyildik. Oyunun əsas hissəsində dominant tərəf idik. İki oyunu müqayisə etsək, ilk matçdakı hər səhv qol buraxmağımızla nəticələndi. Hücumda bir çox alternativi olan, bir-birinə uyğunlaşmış futbolçulardan ibarət komandaya qarşı oynamışdıq. Onlardan topu almaq və dominantlıq etmək heç də asan deyildi".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31