6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının iclası keçirilib

Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının növbəti iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, toplantıda Himayəçilər Şurasının sədri Vəli Qasımov, üzvlər Fəxrəddin Manafov, Qənirə Paşayeva, Yunis Hüseynov, Sona Abbasova və Şaiq Qəribzadə iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Vəli Qasımov fondun son dövrdəki fəaliyyəti ilə bağlı məlumat verib.

Daha sonra fondun icraçı direktoru Tural Piriyev FİF-in regionlardakı fəaliyyəti, həyata keçirilən layihələr, dövlət və beynəlxalq qurumlarla görülən işlər, ianə layihələri və üzərində işlənilən ianə portalı barədə ətraflı təqdimatla çıxış edib.

Tədbir FİF-in marketinq meneceri Emil Şükürovun ianə portalı ilə bağlı təqdimatı ilə davam edib.

İclasın sonunda yaradılacaq Daxili Audit Komitəsinin Əsasnaməsi və komitəyə təklif olunan üzvlərin siyahısı nəzərdən keçirilib, fondun hazırda üzərində işlədiyi Vergi Məcəlləsinə dəyişiklik təklifi və digər məsələlər müzakirə olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31