6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Bizim üçün həlledici matçdır"

“Heyətdə dəyişiklik olacaq. İlk matçda 3 zədəli futbolçudan istifadə edə bilmədik. Qarşıdakı görüşləri də nəzərə alacağıq. Start heyətinə tam qərar verməmişəm”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Miçel Qonsales Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bildirib ki, bugünkü məşqdən sonra kimlərin görüşə hazır olub-olmayacağı müəyyənləşəcək: "Bizim üçün həlledici matçdır. Bunu paltardəyişmə otağında hiss etmək olur. Qələbə qazanmasaq, çətin olacaq".

İspaniyalı baş məşqçi ilk matçda 0:3 hesablı məğlubiyyətə layiq olmadıqlarını söyləyib: "Nəticə oyuna görə deyildi. İlk qoldan sonra özümüzü itirdik və hesab belə oldu".

Qonsales akademiyadan yetişən futbolçulara şans vermək istədiyini vurğulayıb: "Ehtiyac olacağı təqdirdə onlar da bizə kömək etməyə hazırdır".

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq("Report").

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31