6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Olimpiakos"un futbolçusu "Sabah qisas üçün meydana çıxacağıq”

“Birinci oyunda uduzduğumuza görə məyusam. Sabah qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qisas üçün meydana çıxacağıq. Böyük klub olduğumuzu sübut etməliyik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Yunanıstanın "Olimpiakos" komandasının futbolçusu Usseynu Ba Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

27 yaşlı müdafiəçi doğma meydanda məğlub olmağa öyrəşmədiklərini bildirib: "İlk matçdan sonra baş məşqçi bizimlə söhbət etdi. Sabah fərqli oyun nümayiş etdirəcəyik. Bütün diqqətimizi matça yönəldəcək, bacardığımız qədər aqressiv olacağıq ki, istədiyimiz nəticəni əldə edək".

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31