6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Ramil Şeydayev: "Olimpiakos" revanş almaq istəyir"

"Nəticənin bizim xeyrimizə olacağına ümid edirəm. Rəqib revanş almaq istəyir. Bu səbəbdən çətin olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Ramil Şeydayev Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı hücumçu bütün azarkeşləri tribunada gözlədiklərini bildirib: "Bu görüşə ilk qarşılaşmadan daha ciddi və məsuliyyətli yanaşırıq".

Şeydayev “Olimpiakos”a vurduğun qoldan sonra çılğın formadakı sevincini də şərh edib: “Bunun səbəbi tribunalarda məhz yunan azarkeşlərin olması deyildi. Sadəcə, sevindim. Deməzdim ki, emosiya partlayışı idi. Bilərəkdən etməmişdim. Adi qol sevincim idi”.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31