6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

"Azərbaycan az-çox bizimlə eyni səviyyədə olan komandadır"

Estoniya millisinin baş məşqçisi Tomas Haberli Avro-2024-ün seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, Estoniya millisi F qrupunda Azərbaycan, Avstriya, İsveç və Belçika ilə mübarizə aparacaq. Tomas Haberli isə Azərbaycan yığmasının Estoniya ilə bərabərsəviyyəli komanda olduğunu deyib:

"Ən əsası odur ki, 4-cü səbətdən Yunanıstan və Türkiyə bizim qrupa düşmədi. Mənim nəzərimdə bütün digər komandalar mükəmməl rəqiblərdir. Düşünürəm ki, Azərbaycan az-çox bizimlə eyni səviyyədə olan komandadır. İsveç, məsələn, Norveç kimi güclü rəqibdir. Avstriya yığmasının bir çox üzvü Almaniya Bundesliqasında oynayır. Şübhəsiz ki, onlar çətin rəqibdirlər. Biz Belçika millisini yaxşı tanıyırıq, çünki ötən il dünya çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşmışdıq. Əlbəttə ki, onlar da çox güclü komandadırlar".

Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsinə 2023-cü ilin martında start veriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31