6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

“Bizi ağır oyunun gözlədiyini bilirdik. “Qarabağ”ın gücü hamıya bəllidir. Çempionatın vahid lideridir. Ümumi götürsək, komandam meydanda mübarizliyi, xarakteri ilə 90 dəqiqə oyundan qopmadı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 9-cu turunda bu gün evdə "Qarabağ"a uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

O, komandasının layiqli mübarizə apardığını bildirib: "Xal qazanmasaq da, dinamika baxımından komandadan razı qaldım. “Qarabağ”a qarşı 10 nəfərlə oynayırsansa və hesab 0:0-dırsa, heç kəs irəli atılmaz. Matçın axırıncı dəqiqələrində isə komanda son gücünü qoydu, təzyiqini etdi. Futbolçular hiss etdi ki, rəqibin üzərinə gedib epizod yaratmaq olar”. 

Baxşıyev qırmızı vərəqə və qol epizodlarına da toxunub: “Hər epizodu məsuliyyətlə əlaqələndirməyək. Top uğrunda mübarizədə rəqibə xəsarət yetirdi. Ani epizoddur və İlkinin bilərəkdən belə qayda pozuntusu etdiyinə inanmıram. O, nizam-intizamı qaydasında olan futbolçudur. Komandanı daha çox hücumda görmək istəyirəm. Bəzən yaxşı alınır, qələbə də qazanırıq. Bəzən isə alınmır. İnanıram ki, getdikcə daha məzmunlu futbol görəcəyik. Ramon Maçado “Səbail”lə qarşılaşmadan sonra mikrozədə üzündən yalnız bir məşq etmişdi. Asif Məmmədov da özünü bir az yaxşı hiss etmədiyi üçün start heyətdə digərlərinə şans verdik. İndi heç kəs avrokubokları düşünmür, elementlərin üzərində dayanırıq. Hələ üç dövrə var. Bu komanda iddiadan əl çəkməyəcək. Daha iddialı olmağa çalışacağıq. Qol epizodu ani səhv idi və heç kimlə bağlamazdım. Rəqibin usta futbolçuları bunu dəyərləndirdi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31