6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

De Byazi püşkü dəyərləndirdi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Avro-2024-cü seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəsss AFFA-nın mətbuat xidmətinə açıqlamasında yığmamızın çətin qrupa düşdüyünü bildirib:

"Əlbəttə, püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı. Asan qrup deyil. Rəqiblərimizi ayrı-ayrılıqda dəyərləndirməli olsaq, təbii ki, qrupun aşkar favoriti Belçika millisidir. Eyni zamanda, digər iki komandanı - İsveç və Avstriya millilərini də xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik".

Xatırladaq ki, millimiz F qrupunda Belçika, İsveç, Avstriya və Estoniya ilə mübarizə aparacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31