6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Samir Abasov: "Ustalıq çatışmır”

“Belə bir gedişatı gözləyirdik. Hər şey ideal gedəcək deyə, zəmanət yox idi. Reaksiyamız normaldır. Hara gəldiyimizi bilirik. 5-6 nəfər oyunu tuta bilsə, yaxşı bir şey edə biləcəyik. Buna inanır və ümid edirəm. Ötən matça baxanda oyunumuzda bir az da gərginlik var idi. Həvəslə oynayan, qalib gəlmək istəyən komanda gördüm. Ustalıq çatışmır”. 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransına deyib.

O bildirib ki, planları barədə rəhbərliklə danışıblar: "Ən yaxşı çıxış yolunu tapmağa çalışacağıq. Bu durum heç birimizi qane etmir. Bunu düzəltmək üçün buradayıq. Belə vəziyyətlə üzləşə biləcəyimizi gözləyirdik. Futbolçular indiyə qədər fərqli tələblər altında oynayıblar, indi başqa. Bunlar uyğunlaşmaq lazımdır. Xüsusən də, keyfiyyət yüksək olmayanda çətin olur".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31