6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

Mahmud Qurbanovdan qələbə şərhi: "Komandadan razı qaldım"

"Oyun heç də asan keçmədi. Yaxşı başladıq. "Sumqayıt" da qələbə qazanmaq istəyirdi. Bu, meydanda görünürdü. İkinci hissədə rəqib topla daha çox oynadı. Amma əks-hücumlarda yaxşı imkanlarımız oldu. Təəssüf ki, əksər matçlardakı kimi şanslardan istifadə edə bilmədik. Komandadan razı qaldım".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 9-cu turunda evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bizi narahat edən məqam futbolçuların zədələnməsidir. Emil Balayevi məcburən əvəzlədik. Ruslan Hacıyevi zədəsinə start heyətdə meydana buraxmamışdıq, amma risk edib oynatdıq, zədəsini yenilədi. Bu gün top rəqibdə daha çox olsa da, müdafiə xəttimiz onlara qol imkan vermədi. Bu qələbə bizə lazım idi. İrəli baxacağıq. Futbolçuları təbrik edirəm" - deyə o bildirib.

M.Qurbanov komandasının  ilk dövrədəki çıxışı haqda da danışıb: "Nəticə baxımından yaxşı deyil. Xalımız 8 yox, daha çox olmalı idi. Amma oyun, qol epizodları cəhətdən problem yoxdur. Sadəcə, müdafiədə fərdi səhvlərimiz bizə baha başa gəldi. Buna baxmayaraq, komandadan razıyıq. Futbolçular məşqlərdə və oyunlarda əllərindən gələni edir. Qarşıda 3 dövrə var, hazırlaşacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31