6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

PFL “Kəpəz”in ev oyunlarını Gəncədə keçirməsinə icazə verdi

Peşəkar Futbol Liqası (PFL)  “Kəpəz”in ev oyunlarını Gəncədə keçirməsinə icazə verib.

Futbolxeber.az-ın məlumatına görə, PFL-in saytında bununla bağlı açıqlama yer alıb:

Azərbaycan Respublikasının Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə”nin 07.09.2022-ci il tarixli rəyinə, “Kəpəz” Peşəkar Futbol Klubunun Peşəkar Futbol Liqasına təşkilati işlərin həyata keçirilməsi və təhlükəsizliyə tam zəmanət verilməsi ilə bağlı məktubuna əsasən, təşkilati qurum tərəfindən 04.10.2022-ci il tarixədək Gəncə şəhər stadionunda oyunun təşkilinə birbaşa və dolayı yolla aidiyyatı olan qurğuların hazırlanması ilə bağlı vaxt verilib. 

Vaxt bitdikdən sonra Peşəkar Futbol Liqasının müvafiq işlərə cavabdeh olan şəxslərinin 05.10.2022-ci il tarixdə Gəncə şəhər stadionunda geniştərkibli təftişi həyata keçirilib. 

Bu gün isə Peşəkar Futbol Liqasının yuxarıda qeyd olunan məktub və rəylər, eləcə də son təftiş əsasında yekun iclası baş tutub. 

Qərara gəlinib ki, tribunaların 1-ci yarusunun istifadə olunması (ancaq oturacaqlı hissəsi), yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərtilə “Kəpəz” Peşəkar Futbol Klubunun ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsinə icazə verilsin.

Məlumat üçün bildirək ki, Peşəkar Futbol Liqasının tələbi ilə Gəncə şəhər stadionunda hər iki komandanın paltardəyişmə otaqları, hakim otağı, “sky-box”lar, tribunalar, reklam şitləri, media nümayəndələrinin çalışması üçün qurğular, eləcə də bu və digər qaydada oyunun keçirilməsi üçün lazım olanlar hazır vəziyyətə gətirilib.

Qərardan sonra Peşəkar Futbol Liqası oktyabr ayının təqviminə aşağıdakı dəyişiklikləri edir:

16 oktyabr

Kəpəz - Neftçi

Gəncə şəhər stadionu, 15:00 (canlı/CBC Sport)

29 oktyabr

Kəpəz - Səbail

Gəncə şəhər stadionu, 15:00 (canlı/CBC Sport)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31