6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Olimpiakos" favoritdir, amma "Qarabağ" öz oyun üslubunu tətbiq etsə... "

"Zirə"nin yunanıstanlı futbolçusu Dimitrios Çantakias Yunanıstan mətbuatına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ın bu gün "Olimpiakos"la (Yunanıstan) səfərdə keçirəcəyi matç barədə də fikirlərini bölüşüb. 

27 yaşlı müdafiəçi Ağdam təmsilçisinin güclü komanda olduğunu deyib: "Qarabağ" özünü sübut etmiş möhtəşəm komandadır. "Qarabağ" turnirdə əvvəlki görüşlərində çox yaxşı çıxış edib və son oyununda da qalib gəlib. "Qarabağ"ın illərdir oturuşmuş oyun tərzi var. Komandanın yaxşı baş məşqçisi var və son matçlarda çox yaxşı çıxış edirlər. Bu gün meydanda sürətli və yaxşı futbol oynamaq istəyən komanda görəcəyik".

Çantakias Ağdam təmsilçisinin hücum etməyi sevən komanda olduğunu bildirib: "Qarabağ" topa sahib olmağı və hücum edib, kompakt oynayaraq mərhələ keçməyi sevir. "Qarabağ" müdafiə olunmağı sevən komanda deyil. Onlar topu özlərində saxlamaq istəyirlər. “Olimpiakos” oyunun favoritidir, amma “Qarabağ” öz oyun üslubunu tətbiq etsə, “Olimpiakos” problem yaşayacaq".

Çantakias düşünür ki, "Olimpiakos" topa nəzarət etsə, Ağdam təmsilçisini çətin duruma sala bilər: "Hesab edirəm ki, "Olimpiakos" topa sahib ola bilsə, “Qarabağ” çətin vəziyyətə düşəcək. Təcrübəmə görə, “Olimpiakos” müdafiədə 4 nəfərlə oynasa və yarımmüdafiədə pressinq etsə, daha yaxşı olar".

Dimitrios "Qarabağ"ın futbolçularından Abdullah Zubirin oyununu xüsusi fərqləndirib: "Zubir daha çox diqqət istəyir... O, tanıdığım ən yaxşı futbolçulardan biridir. Bu cinah oyunçusuna çox diqqət yetirmək lazımdır".

Çantakias "Zirə"nin oyunu ilə bağlı isə bu sözləri deyib: "Keçən ili nəzərə alsaq, bu dəfə mövsümə daha yaxşı başlayacağımızı gözləyirdik. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bəlkə də mövsümə yaxşı başlamamışıq, amma uğur qazanacağımıza əminəm..."

Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31