6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Qarabağ" azarkeşlərinə müraciət etdi

Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la (Yunanıstan) matçda "Qarabağ"ı stadiondan dəstəkləmək istəyənlər biletləri oyun günü saat 18:30-dan 19:00-dək Afina şəhərinin mərkəzində yerləşən “Marble Stadium”dan (tarixi “Panathenaic” stadionu) ala bilərlər.

Futbolxeber.az saytının Ağdam klubunun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, biletlərin qiyməti 20 avrodur. Ödəniş yalnız nağd şəkildə qəbul ediləcək.

Azarkeşlərin oyundan əvvəl görüş nöqtəsi şəhər mərkəzində yerləşən “Marble” stadionunun qarşısı olacaq. Səfər komandasının azarkeşləri ilə bağlı yerli qaydalara, eləcə də təhlükəsizliyə görə, azarkeşlər matçın keçiriləcəyi Georgios Karaiskakis stadionuna "Qarabağ" tərəfindən ayrılmış xüsusi avtobuslarla, mühafizə əməkdaşlarının müşaiəti ilə gedəcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31