Ölkə futbolu
Regekampf: “Biz “Neftçi”yik, kiməsə çatmağımıza ehtiyac yoxdur”
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 8-ci turunun "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, rumın mütəxəssis əvvəlcə qarşılaşma barədə danışıb.
- Təbii ki, nəticəyə görə üzgünük. İlk hissədə yaxşı futbol oynadıq, qol vurduq, 2-3 qol epizodu da yaratdıq. Bəzi epizodlarda daha cəld qərar verməliydik. Futbolçular başa düşməlidilər ki, oyun 90 dəqiqə oynanılır. Sona qədər oynamaq lazımdır. İkinci hissədə sadə səhvlərə yol verdik. Rəqibimizi təbrik edirəm. Amma növbəti oyunda onlara qarşı daha güclü olacağıq.
- Bu gün uğurlu nəticə üçün nə çatışmadı?
- İndi buna cavab verə bilmərəm. Oyunu analiz etməliyəm. İlk hissədən sonra futbolçular arxayınlaşdılar. “Qarabağ”a qol fürsətləri verdik.
- Əsas rəqibləriniz olan "Sabah" və "Qarabağ"la görüşdə hesabı açsanız da, uduzdunuz. Bu matçlar arasında oxşarlıq var?
- Məncə, fərqli ssenarilər oldu. Həmin görüşdə qapımıza 3 penalti verilmişdi. Bu gün ilk hissədə yaxşı oynadıq. Hücumdan müdafiəyə tez qayıtmalıyıq. Keçidlərdən yaxşı istifadə edə bilmirik. Buna görə də qapımız qarşısında çoxlu şanslar yarandı.
- Salomon Kverkveliyanın heyətdə olmaması nədən qaynaqlandı?
- O, millisinin düşərgəsindən gəlmişdi. Bu fasilədə Mamadu Mbodj üzərində çox yaxşı çalışdı. Həftəboyu məşqlərə əsasən belə qərar verdim.
- Kənardan belə göründü ki, problem əvəzetmələrdə idi...
- Oyunçular və komandam haqda danışmaq istəmirəm. Bütövlükdə bir yerdə çalışırıq. Hər kəs ən yaxşısını eləməyə çalışır. Bütün oyunçularımıza inanırıq. Özümüzü kimləsə müqayisə etmək istəmirik. Hazırkı situasiya belədir. Qarşıdakı periodda hansı mövqedə oyunçu çatışmazlığı olduğuna, hara oyunçu cəlb etmək lazım olduğuna baxacağıq.
- Yəni heyətin kasad olması təsir edib?
- Bu prizmadan baxmaq istəmirəm ki, əvəzetmələr düzgün olmadı. Öməri İsmayılla əvəzlədim. Eyni ssenari olacaqdı. Hər ikisi yaxşı oyunçudur, gəncdir. "Qəbələ" ilə görüşdə də İsmayılı ilk hissədən sonra oyuna daxil oldu və görüşü dəyişdi. Bu gün də meydana daxil olandan sonra iki epizodda Qəbələdəki kimi asma eləməli idi. Bunu etmədi, arxaya oynadı. Ondan sonra gördüm ki, özünə inamı itirir, bu üzdən əvəzlədim. Demirəm ki, pis oyunçudur, sadəcə bu gün onun günü deyildi.
- Nəhayət ki, “Qarabağ”la derbinin canlı şahidi oldunuz. Nə deyə bilərsiniz?
- Mənə elə gəlir ki, nə etmək istədiyimizi görə bildiniz. Komanda ilk dəqiqələrdən futbol oynamağa, müdafiədə oturmamağa çalışdı. Bir çox epizodda yaxşı imkanı qaçırdıq. Birinci hissədə rəqibin də çoxlu qol epizodları oldu. Bu da normaldır. Onların geniş heyəti var, yaxşı oyunçular cəmləşib. Bu riski üzərimə götürdüm. Komandamın baxımlı futbol oynamasını xoşlayıram. Məncə, bu oyunu özümüzə dərs kimi götürməliyik. Dərk eləməliyik ki, oyun 90 dəqiqə davam edir.
- İsmayılın əvəzlənməyə etirazını gənc olduğu üçün bağışlayırsınız?
- Düzü, həmin anı görməmişəm. Əgər elə reaksiya göstəribsə, sevinirəm. Oyunçu əvəzləndiyi zaman narazı qalırsa, bu, yaxşıdır. Oyunçularımla matçın ardından paltardəyişmə otağında toplantı elədik, ağlımdan keçənlərin müzakirəsini apardıq. İsmayıl inkişaf eləməli və həqiqəti görməlidir. Futbolçuların adını pis yöndə hallandırmaqdan xoşum gəlmir.
- Azarkeşlər üçün “Qarabağ”a məğlubiyyət ikiqat üzücü olur. Onlara deyiləcək sözünüz var?
- Mənim üçün ikiqat yox, maksimum üzücüdür. Çünki bu matça qələbə qazanmaq üçün hazırlaşmışdıq. Fanatlar da ilk dəqiqələrdən bunu gördü. Görüş bitəndən sonra oyunçularla birlikdə azarkeşlərə tərəf getdik, onları alqışladıq. Sağ olsunlar, hər zaman arxamızdadırlar. Üzülmələri normaldır, mən də onlar qədər üzülürəm. Deyə bilərəm ki, “Qarabağ”la növbəti matçda daha yaxşı çıxış edib qələbə qazanmalıyıq.
- “Qarabağ”a çatmaq üçün “Neftçi”yə nə qədər vaxt lazımdır?
- Hazırda yalnız bu oyun barədə danışa bilərəm. Onlar bu gün qələbə qazandılar. Bu, yalnız bir matçdır. Görüşə yenidən baxmalı, nəyi pis elədiyimizi görməliyik. Biz “Neftçi”yik, kiməsə çatmağımıza ehtiyac yoxdur. Sadəcə, hər oyunda qələbə üçün çalışıb, sonda titul qazanmaq istəyirik. Bu, təkcə “Neftçi” və “Qarabağ” arasındakı mübarizə deyil.
- Müdafiənin sağ cinahında və bitirici hücumçu mövqeyində problem görünür. Bu mövqelərin gücləndirilməsini düşünürsünüz?
- İndi bu barədə danışmağım düzgün deyil. Hər bir oyunçuma inanıram. Onların üzərində gərgin çalışırıq ki, maksimum səviyyəyə çıxaraq. Görməlisiniz ki, yeni komanda qururuq. Nəticələrimiz də pis deyil. Futbolçulara daha da inkişaf eləmək və komanda şəklində uyğunlaşmaları üçün vaxt vermək lazımdır. İkinci hissədə bu fərq böyük göründü. “Qarabağ” güclü heyət qurub, uzun müddətdir bir yerdə oynayırlar, bir-birlərini yaxşı tanıyırlar. Biz düzgün yoldayıq, sağlam və güclü heyət qurmaq istəyirik. Bunun üçün vaxta ehtiyacımız var.
- Mert Çelik bəzi matçlarda müdafiənin sağında oynayıb. Onu həmin mövqedə sınamağı düşünmürsünüz?
- Gəlin bu oyun haqda danışaq. Oyunçularımı hər gün məşqdə görürəm. Sağ cinahımızda iki yaxşı oyunçumuz var. Oyundan-oyuna inkişaf eləməli, təcrübə qazanmalıdırlar. Hər matçdan sonra hansısa oyunçunu dəyişmək barədə düşünməyək. Böyük komandalarda belə şeylər düşünmürlər. Hansısa futbolçunun çıxışından razı olmaya bilərəm. Ancaq elə məşqçilərdən deyiləm ki, rəhbərliyin qarşısına qaçım deyib ki, onu dəyişmək lazımdır. İstəyim odur ki, hər oyunçuya kömək edim. Hazırkı vəziyyətdə biz daha yaxşı bir yerdə olmalıyıq.
- Mbodj yaxşı vəziyyətdə idisə, ikinci hissədə niyə əvəzləndi?
- Çünki növbəti addımımı hazırlamalıyam. İstəyirəm ki, bütün oyunçularımız hazır olsun. Mbodji pis oynadığı üçün dəyişmədim. Hesab artıq 1:3 idi. Salomonu meydana buraxdım ki, müdafiə xəttində pozitivlik yaratsın.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
- “Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
14:49
“Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
-
14:22
Azərbaycan Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri dəqiqləşib
-
14:05
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
-
13:53
Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
-
13:36
Azərbaycanı Avropa çempionatlarında 22 samboçu təmsil edəcək
-
13:14
Millimizin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
-
12:47
Azərbaycan kuboku: Final öncəsi kapitanlardan atmacalı açıqlama
-
12:28
İldar Alekperov: "Həlledici zərbələr çatışmırdı"
-
11:59
Region Liqasında yarımfinal mərhələsinin təqvimi müəyyənləşib
-
11:31
Azərbaycanlı futbolçunun komandasında qalmaqal: "5 aydır köhnəlmiş çörək yeyirik"
-
11:15
"Neftçi"nin təkrarlanan antirekordu
-
11:03
"Sumqayıt" rekordunu təkrarlayıb
-
10:52
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
-
10:36
"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb
-
10:24
"Yarımfinal daha sərt keçəcək"
-
10:11
"Qalatasaray" "Sivasspor"u darmadağın etdi VİDEO
-
09:59
“Vurduğum qoldan zövq aldım”
-
09:47
Coşqun Diniyev “Erzurumspor” üzərində qələbəyə sevindi
-
09:30
"Milan" - "Cenoa" matçında 6 qol VİDEO
-
23:25
Renat ehtiyatda qaldı komandası büdrədi
-
23:08
“Qəbələ”nin 3 futbolçusu “Səbail”ə qarşı oynamayacaq
-
22:44
Şeydayevin komandası darmadağın oldu
-
22:13
Elmar Baxşıyev: “Sabah” bəxt sayəsində qalib gəldi”
-
20:57
“Zirə” ikinci pilləyə yüksəldi, “Araz-Naxçıvan” uduzdu
-
19:39
Ayxan Abbasov: "Rəhbərliyə söz vermişəm, bacarmasam, çıxıb gedəcəm"
-
19:26
Rəşad Sadıqov: "Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır"
-
19:11
Musa Qurbanlının komandası qalib gəldi
-
13:00
Rahilin komandası aşağı liqaya düşdü
-
11:51
Qara dəniz derbisini "Samsunspor" qazandı VİDEO
-
11:42
"Latsio" üçün son dəqiqə şoku VİDEO
-
11:33
"Jirona" "Barselona"nı diz çökdürdü VİDEO
-
11:24
"Real"a çempionluq gətirən qələbə VİDEO
-
11:15
Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
-
11:08
"Bavariya" uduzdu VİDEO
-
10:56
Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq
-
10:29
Şahruddinin inamlı oyunu qələbə gətirdi VİDEO
-
10:17
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb
-
10:00
"İnter" 29 oyundan sonra uduzdu VİDEO
-
22:41
Qurban Qurbanov: "Neftçi"yə qarşı hamı istəkli oynayır"
-
22:33
Mustafazadə daha 3 il “Qarabağ”da
-
22:16
Miodraq Bojoviç: “Azarkeşlərdən üzr istəyirəm”
-
21:59
"Neftçi" qapısında 5 qol gördü VİDEO
-
21:20
“Sumqayıt” üçün son dəqiqə şoku, “Neftçi” darmadağın oldu
-
19:18
"Sumqayıt" qələbəni əldən verdi VİDEO
-
18:57
Adil Şükürov: “Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik”
-
18:44
“Düşünürlər ki, bu imkanlarla necə olur ki, "Sumqayıt" bu yerdədir”
-
17:25
Millimiz Belarusa məğlub oldu
-
17:02
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
16:39
Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
-
16:16
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib