6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

"Qarabağ"la oyunun startının uğurlu alınması məni də təəccübləndirdiı"

"Üç xal qazandığımız üçün məmnunuq. Hesab 2:0 olduqdan sonra rahat atmosfer yarandı və insanlar düşündülər ki, asan oyun və əsl futbol şənliyi olacaq. Matçın startının uğurlu alınması məni də təəccübləndirdi".

Futbolxeber.az saytının məlumatına görə, bunu Almaniya "Frayburq"unun futbolçusu Nils Petersen evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun I tur matçı barədə danışarkəndeyib.

34 yaşlı hücumçu buraxdıqları qoldan sonra yaxşı oynamadıqlarını bildirib: "Bir anlıq çaşqınlıq yarandı. Düzdür, qələbə qazandıq. Amma bu oyunu tənqidi təhlil edəcəyik. Bizim üçün çətin başlanğıc idi".

Almaniyalı forvard "Qarabağ"ın həqiqətən yaxşı komanda olduğunu söyləyib: "Hamı istənilən halda bizdən qələbə gözləyirdi. Amma rəqib pis oynamadı. Təsnifat mərhələsində bir neçə güclü komandanı mübarizədən kənarlaşdırıb. Qrupda bir neçə xal qazanacaqlarını düşünürəm".

Təcrübəli oyunçu ilk 25 dəqiqədən sonra zəif çıxış etmələrinin səbəbini açıqlayıb: "Rəqibin əlinə oynamağa başladıq. Nəticədə onlara boş sahə verdik. Qonaqların əsas istəyi də məhz bu idi. Topla çox yaxşı rəftar edirdilər. Hərdən sadəcə, onları izləyirdik. Bəzi epizodlarda isə rəqibi topdan məhrum edirdik. Lakin bu, tez-tez olmurdu. Xoşbəxtlikdən, qalib gəldik. Əsas nəticədir.“Qarabağ” bizdən qat-qat artıq beynəlxalq təcrübəyə malikdir. Fikrimcə, gələn həftə Pireydə bu cür təzyiqə məruz qalmayacağıq".

Qeyd edək ki, "Qarabağ" və "Frayburq" arasında növbəti oyun noyabrın 3-də Bakıda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31