6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Sabahkı oyunu həvəslə gözləyirik"

"Qarabağ"ın futbolçusu Marko Veşoviç Avropa Liqasının qrup mərhələsində "Frayburq"la (Almaniya) sabah səfərdə keçirəcəkləri oyun barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, monteneqrolu müdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında rəqibin oyunlarını izlədiklərini deyib:

“Biz sabahkı oyunu həvəslə gözləyirik. Bu matça hazırıq. “Frayburq” Bundesliqanın lideridir. Onların oyunlarını izləmişik. Analiz etmişik. Artıq 8 oyun keçirmişik. Avropa təcrübəmiz var. Yaxşı oynamağa çalışacağıq. Bilirik ki, rəqib “Böyük beşlik” liqalarından birində liderdir. Bundan əlavə motivasiya lazım deyil. Qarşılaşmaya tam hazır və motivasiyalıyıq”.

Qeyd edək ki, sabah "Europa-Park" stadionunda keçiriləcək "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31