6 May 2024, Bazar ertəsi
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da

Ölkə futbolu

“Şamaxı”dan antirekord

“Şamaxı” Azərbaycan Premyer Liqasının ilk 5 turunda cəmi 1 xal toplayıb. 

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, klub tarixinin antirekordunun təkrarıdır.

1999/2000 mövsümündən yüksək dəstədə “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında çıxış edən komanda tarixində 3-cü dəfə belə uğursuz starta imza atıb. 

Öncə Bakını təmsil edən komanda 2018/19 və 2021/22 mövsümlərinə də 1 heç-heçə ilə 4 məğlubiyyətlə başlayıb. Dörd il əvvəl top fərqi 4-9 olubsa, ötən çempionatdakı göstərici indiki ilə eyni idi - 2-10.

Qeyd edək ki, V turda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzan “Şamaxı” bunadək “Neftçi” (0:1), “Qəbələ” (1:3), “Səbail” (1:1) və “Qarabağ”la (0:4) görüşüb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31