6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

PFL-də yeni təyinat reallaşdı

Peşəkar Futbol Liqasında struktur dəyişikliyi davam edir. 

Futbolxeber.az saytının məlumatına görə, PFL rəhbərliyinin qərarına əsasən, qurumun Texniki-İdman şöbəsi ləğv olunub.  

Onun yerinə Peşəkar Futbol Liqasının Texniki İdman Departamenti yaradılıb və Elgiz Abbasov Peşəkar Futbol Liqasının texniki-idman direktoru təyin olunub.

Qeyd edək ki, 2008-ci ildən futbol sahəsində çalışan E.Abbasov 2014-cü ildən Peşəkar Futbol Liqasında baş mütəxəssis, redaktor, baş redaktor, Texniki-İdman Şöbəsinin rəisi vəzifələrində çalışıb və AFFA nümayəndəsi kimi Misli Premyer Liqasının, I Divizionun və Azərbaycan Kubokunun oyunlarına təyinat alır.

Yeni yaradılmış Texniki-İdman Departamenti Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün oyunlara nəzarət etməklə yanaşı, AFFA-nın müxtəlif komitələri ilə işbirliyinə, Avropa Liqaları və digər beynəlxalq futbol təşkilatları ilə işin təşkilinə, əsas yayımçı şirkət və dövlət qurumları ilə əlaqələrə və meydana çıx biləcək digər işlərin təşkilinə cavabdehlik daşıyacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31