6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Vadji "Qarabağ"dan gedir

"Qarabağ"ın futbolçusu İbrahima Vadji Fransanın 2-ci liqa təmsilçisi "Sent Etyen" klubuna keçir.

Futbolxeber.az saytının Fransa mətbuatına istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq.

İddiaya görə, seneqallı forvarda görə Ağdam təmsilçisi 1 milyon avro vəsait əldə edəcək. 

Vadji "Sent Etyen"in idman direktoru Loik Perren və klubun baş menecerinin müavini Samuel Rustemin diqqətini ötən mövsüm UEFA Konfrans Liqası qarşılaşmalarında cəlb edib. Təcrübəli hücumçu 2021-ci ilin yayından çıxış etməyə başladığı "Qarabağ"da 36 oyuna 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ" 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Sent Etyen"lə üz-üzə gəlib və evdə 0:0, səfərdə 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, hazırda Fransa Liqa 2-də mübarizə aparan "Sent Etyen" mövsümə -3 cərimə xalı ilə başlayıb. Klub 5 oyundan 3 xal toplayaraq, mənfi saldonu sıfırlasa da, hazırda sonuncu - 20-ci pillədə qərarlaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31