4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"Şamaxı"nın baş məşqçisi məğlubiyyəti belə şərh etdi

"İlk olaraq azarkeşlərimizə təşəkkür edirəm. 90 dəqiqə bizi dəstəklədilər. "Qarabağ"la oyunun çətin keçəcəyini bilirdik. "Qarabağ" Azərbaycanın ən yaxşı klublarından biridir. 9 ildir Avropada bizi layiqincə təmsil edirlər". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 4-cü turunda "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Qurban Qurbanov başda olmaqla bütün komandaya uğurlar arzulayıram. "Qarabağ" topa sahib olmağı xoşlayır. 90 dəqiqə qaçmaq çətindir. Ani diqqətsizlik qolla nəticələndi. Fərdi səhvlərdən qapımızda qollar görürük. Oyunçular mübarizə aparır və gələcəyə ümidlə baxa bilərik" - deyə o bildirib.

V.Əsgərli ilk 20-25 dəqiqədə yaxşı çıxış etdiklərini söyləyib: "Yerli futbolçularla mübarizəyə başlamışıq. 6 aydan sonra baxacağıq. Ehtiyacımız olan mövqelərə transfer edəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31