4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Mahmud Qurbanov: "Sevindiricidir ki, bu yükü üzərimizdən atdıq"

"Səbail" Azərbaycan Premyer Liqasının 4-cü turunun oyununda doğma meydanda "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib. Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında Mahmud Qurbanov qələbəni belə şərh edib:

- Oyuna heç də pis başlamadıq. İlk dəqiqələrdə qol epizodumuz var idi. Əks-hücumda qol buraxdıq. Bu da komandaya təsir etdi. İkinci hissədə fərqli "Səbail" gördük. Üç əvəzetmədən sonra komanda toparlandı. Futbolçulardan razıyıq.

- Rauf Əliyev üstünüzə hücum edirdi. Nə baş vermişdi?

- Əslində Raufu başa düşmək olar. Komandası uduzur, qırmızı vərəqə alıb, o, hələ bilmir iş nə yerdədir. İkincisi də yayda burda qalmağı çox istəyirdi. Mən qərar verdim ki, qalmasın. Çox güman ki, ona görə incik düşüb. Artıq-əskik danışmaq istəyirdi. Eybi yox.

- Emil Balayevin oynamağının səbəbi nə idi?

- Emilin "Qarabağ"la oyundan sonra kiçik zədəsi var idi. Fikirləşirdik ki, tez keçər. Növbəti oyunlarda onu meydana buraxdıq. Bu gün qərara aldıq ki, zədənin tez keçməsi üçün ehtiyatda qalsın.

- İlk qələbənizi sizin üçün doğma olan "Kəpəz" üzərində qazandınız. Bu haqda nə deyə bilərsiniz?

- Bilmirəm bu nə ilə əlaqədardır. Əlbəttə ki, "Kəpəz" mənə doğma kamandadır. Amma bu futboldur. Futbolçulara da deyirəm ki, dost-tanış, qardaş, qarşı-qarşıya gələndə yaddan çıxmalıdır. Təəssüf ki, bu gün "Kəpəz"lə oynayırdıq və belə oldu. Bütün futbolçularıma təşəkkür edirəm.

- “Professor”un komandası professor futbolunu necə turdan sonra ortaya qoya biləcək?

- Səbr etməliyik. Həddən artıq çox tələsirik. 

- Komandanızın qarşısında hansı hədəf qoyulub?

- İkinci hissədəki sərgilədiyimiz futbol ideala yaxın idi. Qarşımıza qitəmiqyaslı Kuboklar çıxmaq hədəfi qoyulmayıb. Ancaq biz maksimuma çalışacağıq. Qarşıda bizi “Sabah” kimi komanda gözləyir. 

- Yeni transfer olacaqmı?

- İstəyərdik. Belə bir futbolçu çıxsa, alacağıq.

- Üç turdan sonra gərginlik var idi?

- Bəli, var idi. İlk yarıda da qol buraxdıqdan sonra bu gərginlik artdı. Çünki daha çox görmək istəyirdik. Sevindiricidir ki, bu yükü üzərimizdən atdıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31