4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

«Qəbələ» - «Sabah»: 20-ci duel

Sabah Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq. Günün yeganə matçında çempionatın liderləri üz-üzə gələcək. İlk üç turda xal itkisi ilə üzləşməyən “Qəbələ” və “Sabah” “qırmızı-qaralar”ın meydanında qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, Qəbələ şəhər stadionundakı görüş iki komanda arasında 20-ci matç olacaq. İndiyədək rəqiblər ümumilikdə 19 dəfə görüşüb. Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 dəfə rəqibini məğlub edən komanda 3 dəfə heç-heçə edib və 7 görüşdə uduzub. Rəqib qapısına 23 qol vuran “Qəbələ” eyni sayda top buraxıb. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel bu matçlarda daha çox - hərəyə 3 qol vurublar.

İndiyədək keçirilən 19 matçdan 15-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 7 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir - 15:21.

“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 3 heç-heçəsi olan komanda 2 matçda məğlub olub. Bu oyunlarda 14 qola sevinən futbolçular 13 top buraxıb.

Xatırladaq ki, avqustun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 20:00-da başlayacaq

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31