4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"Kəpəz"in nigeriyalısı: "Əsas odur ki, səhvlərdən dərs çıxaraq"

"Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var. Oyundan-oyuna, gündən-günə inkişaf edirik. Fikrimcə, “Qəbələ”yə qarşı görüşdə “Neftçi” ilə olduğundan daha yaxşı mübarizə apardıq. Amma ortada yenə məğlubiyyət var”.

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Kəpəz"in futbolçusu Ahmed Ayzaya klubun feysbuk səhifəsinəaçıqlamasında deyib. 

Nigeriyalı yarımmüdafiəçi bildirib ki, səhvlərdən nəticə çıxarmaq lazımdır: “Hər matçdan sonra çatışmazlıqları təhlil edirik, harda nəyi düzgün etmədiyimizi görürük. Əsas odur ki, səhvlərdən dərs çıxaraq, öyrənək, verilən tapşırıqları yerinə yetirək”.

Ayzaya ötən tur “Qəbələ” ilə görüşdə “Kəpəz”də debüt edib. Futbolçu “sarı-göylər”in heyətində ilk oyunu haqda fikirlərini də bölüşüb: “Komandaya yaxınlarda qoşulduğumdan yeni futbolçu sayılıram. 90 dəqiqə meydanda oldum, mübarizə apardım. Bəzən alındı, bəzən isə alınmadı. Məğlubiyyəti nəzərə almasaq, mənim üçün yaxşı oyunun olduğunu deyə bilərəm. Qarşıda çoxlu matçlar var. Özümü ən yaxşı tərəfdən göstərməyə vaxt olacaq. Hər gün məşqlərdə daha yaxşı olmağımız üçün çalışırıq. “Səbail” ilə görüşdə də hədəfimiz layiqincə mübarizə aparıb, qələbə qazanmaqdır. Hazırlığımız yaxşı keçib, gücümüzü meydanda göstərməliyik”.

26 yaşlı legioner “Kəpəz”in Gəncədə oynaya bilməməsinə təəssüflənir: “Təbii ki, komandamız təmsil etdiyi şəhərdə, doğma meydanda oynamalıdır. Onda daha yaxşı şəkildə mübarizə apara, nəticələr qazana bilərik. Çünki meydan və xüsusən də azarkeş amili həlledicidir. Fanatların güclü dəstəyinə ehtiyacımız var”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31