4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

PFL prezidenti “Araz Naxçıvan” rəsmiləri ilə görüşdü

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Naxçıvan şəhərinə işgüzar səfər edib. 

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, I Divizionun 2022/23 mövsümünün ilk turunun “Araz Naxçıvan” - “Qarabağ-2” (5:1) oyununu canlı izləyən E.Səmədov səfər çərçivəsində Naxçıvan təmsilçisinin idarə heyətinin sədr müavini Sakit Rzayev, idarə heyətinin üzvləri Ağazakir Abbasov, Pərviz Abbasov, Tural Hüseynalıyev, Tahir Əliyev, eləcə də Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, onun müavini Mirməcid Seyidov, həmçinin, “Cahan” holdinqin aparat rəhbəri Azər Cəfərov ilə görüşüb.

Görüşlər zamanı “Araz Naxçıvan” komandasının tarixi, hazırkı durumu və gələcək planları ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublika stadionunda əsaslı yenidənqurma və təmir işləri aparılıb, bu işlər hazırda da davam edir və yaxın günlərdə stadionda yeni, müasir standartlara cavab verən süni işıqlandırma sistemi quraşdırılacaq.

Öz növbəsində, E.Səmədov qonaqpərvərliyə görə “Araz Naxçıvan” klubunun rəsmilərinə təşəkkür edib və bu komandanın Azərbaycan futbolunun vacib bir hissəsinə çevriləcəyinə ümidvar olduğunu söyləyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31