4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Mert Çelik: "Neftçi" Türkiyə çempionatında ilk "5-lik" uğrunda oynaya bilər"

"Hər iki oyunda yaxşı oynadıq. İkinci matçda 120 dəqiqə mübarizə apardıq. Çox yorucu, eyni zamanda zövq aldığımız görüş oldu".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mert Çelik Avstriyada "Rapid" (Vyana) komandasına 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə "CBC Sport"da yayımlanan "Çempionlar Liqası özəl" verilişində qonaq olarkən deyib.

Türkiyəli müdafiəçi turnirdə mübarizəni dayandırmalarını bəxtsizliklə əlaqələndirib: "Qol və ya qollar vura bilərdik. Ötən mövsüm məğlubiyyətimizin səbəbi təcrübəsizlik idi. Bu dəfə isə şanssızlığın qurbanı olduq. Çünki hər iki matçda "Rapid"dən daha yaxşı oynadıq".

"Qarabağ"ın pley-off mərhələsinin cavab matçında Çexiyada "Viktoriya" (Plzen) klubuna 1:2 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşmasına da toxunan 22 yaşlı oyunçu bunun Qurban Qurbanovla bağlı olmadığını bildirib: "O, Azərbaycan üçün böyük məşqçidir. Səhv etdiyini düşünmürəm. Sadəcə, oyunun gedişatı deyilən bir şey var. Düşünürsən ki, bu vəziyyətdə belə edəcəksən. Amma həmin vaxt bunu edə bilmirsən. Fikrimcə, bu, baş məşqçidən yox, futbolçudan qaynaqlanan problemdir".

Azərbaycan millisinin də şərəfini qoruyan müdafiəçi "Neftçi"ni Türkiyə klubları ilə müqayisə edib: "Ölkə çempionatın səviyəsi klubların avrokuboklardakı çıxışlarına təsir edir. Bunu Türkiyədə də görmək olar. "Başakşehir"də məndən burada nə etdiyimi soruşurdular. Deyirdim ki, Azərbaycan çempionatı inkişafdadır. "Neftçi" Türkiyə klublarından geri qalmır. Superliqada ilk "5-lik" uğrunda oynaya bilər. Çox yaxşı komandamız, baş məşqçimiz var. İnanıram ki, "Neftçi" və Azərbaycan futbolu çox yaxşı yerlərdə olacaq"("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31