4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Şahruddin Məhəmmədəliyev: “Səhvdən sonra mənə belə nifrət ediləcəyini gözləyirdim”

“Çempionlar Liqasının bir addımlığında uduzmaq ağırdır. Amma nə etməli? “Lex”, “Sürix” və “Ferentsvaroş” kimi çox güclü rəqibləri keçdik. Bu, o qədər də asan deyil”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev 1news.az-a müsahibəsində deyib.

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan “Viktoriya”ya uduzan (1:2) Ağdam klubu artıq Bakıya qayıdıb. Millimizin də üzvü olan qolkiper hava limanında Çexiya klubu ilə matçı dəyərləndirib: “Demək olar ki, bütün matç boyu top sizə çatmırsa, çətin olur. Bakıda da belə idi. Onların qol epizodları yox idi. Öz səhvlərimizdən iki qol vurdular. İndi ən çətin vəziyyətdə olan Çempionlar Liqasının qrupuna düşmək üçün bu qədər iş görən futbolçularımız və məşqçilərimizdir”.

Buraxılan ilk qolda kobud səhvə yol verən Məhəmmədəliyev bunun utancverici olduğunu bildirib: “Əlbəttə, üzücüdür. Belə məqamlarda fikirləşirsən ki, Şahruddin olmaqdansa, səni heç kim tanımasa, daha yaxşı olardı. Açığı, bir səhvdən sonra mənə belə nifrət ediləcəyini gözləyirdim. Amma bu futboldur və bu, bizim işimizin bir hissəsidir. Bəli, utancvericidir, amma səbirli olmaq lazımdır. Bunun üçün məşq edirik və daha yaxşı olmağa çalışırıq. Bu vəziyyətdə nə edə bilərəm? Mən hələ də həmin Şahruddinəm. Öz üzərimdə işləyirəm. Bu səhv bilərəkdən baş vermir. Bundan əvvəl də oyunlar olub”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31