4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Mixal Bilek: "Bu, böyük uğurdur"

"Viktoriya"nın baş məşqçisi Mixal Bilek Çempionlar Liqasının pley-off mərhələsində evdə "Qarabağ"a qalib gələrək qrupa adladıqları oyun haqqında fikirlərini bölüşüb. 

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında qarşılaşmanın çətin keçdiyini deyib:

"Təsnifat mərhələsinin oyunlarını əla keçirdik. Altı oyundan beşini qələbə ilə başa vurduq, birində heç-heçə etdik. Təəssüf ki, matçın əvvəlində qol imkanını əldən verdik, sonra isə öz qapımızdan top buraxdıq. Oyun çətin keçdi. Komanda ruhdan düşmədi. Bunu çox yüksək qiymətləndirirəm. Bu, böyük uğurdur. İstədiyimizə nail olduq. Plzendə Çempionlar Liqası olacaq. Bu, böyük uğurdur. Bu kollektivə başçılıq etdiyim qürur duyuram. Çempionlar Liqasında oynamaq bizim haqqımızdır. Titul qazananda böyük nailiyyət olur. Qrupa düşmək də buna bərabərdir. Bu, ürəyi isidir, əla hisslərdir. Fanatlar möhtəşəm ab-hava yaratmışdılar və onların qarşısında oynamaq xoş idi. Uzun-uzadı bayram etməyə vaxt yoxdur. Şənbə günü bizi daha bir çətin oyun gözləyir. Əvvəl də dediyim kimi, biz yerli çempionata da avrokuboklar kimi ciddi yanaşırıq".

Bilek komandasının qələbə qolunun vurun Yan Kliment haqqında isə bu sözləri deyib: "İkinci hissədə iki hücumçu ilə oynamağa başladıq. Kliment hərəkəti hesabına oyunumuzu irəli aparırdı. O, lazım olan yerlərdə olurdu və sonda qərarını verdi. Meydana nəyə görə çıxdığını bu cür göstərdi".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31