4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Zubir: "Qrup mərhələsinə düşmək üçün əlimizdən gələni edəcəyik"

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" (Çexiya) ilə cavab oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, o, sabahkı görüşlə bağlı bunları deyib: "Bizi çətin oyun gözləyir. Rəqibi yaxşı analiz etmişik. Fiziki və taktiki baxımdan hazırıq. Sabah yaxşı mübarizə və yaxşı nəticə ilə qrupa vəsiqə qazanmağa çalışacağıq".

Zubir heç vaxt ÇL-in qrupunda oynamadığını söyləyib: "Mən və komanda yoldaşlarım bu addımı atmaq üçün hazırıq. Qrup mərhələsinə düşmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüş qolsuz bərabərliklə başa çatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31