4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Rəşad Sadıqov: "VAR-da əyləşən Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin?"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Sumqayıt"la heç-heçə (0:0) etdikləri matçın VAR hakimi Nicat İsmayıllını tənqid edib.

Futbolxeber.az saytının məlumatına görə, o, instaqram hesabındakı paylaşımında “Sumqayıt”ın qapıçısı Aydın Bayramovun futbolçuları Rəhim Sadıqova qarşı cərimə meydançasındakı hərəkətini qayda pozutunsu kimi qiymətləndirib:

"79-cu dəqiqədəki Hamidu ilə Almirin toqquşması zamanı israrla "penalti" deyən, ondan bir neçə saniyə əvvəl Sərtan-Vüsal mübarizəsindəki qayda pozuntusunu baş hakimə göstərməyən, VAR-da əyləşən Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin? Heç olmasa, yalandan da olsa, baş hakimə bir də bu epizoda baxmasını təklif edərdin. Yəni pauza yaranacaq deyə narahat olmadığını oyununun 6 dəqiqəlik dayandırılmasında da hiss etdik. 1 dəqiqə bu epizoda vaxt getsəydi, heç nə olmazdı. Maraqlıdır ki, şərhçi Nurlan Valehoğlu qayda pozuntusunu görür, amma Nicat görmədi".

Qeyd edək ki, görüş 0:0 hesabı ilə başa çatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31