4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"Bilsəydim, reseptini sizə deyərdim"

“Kifayət qədər maraqlı oyun oldu. Bizim üçün oyunu yaxşı adlandırmaq mümkündür. Bugünkü qarşılaşma emosialarla dolu idi. Səfərdə güclü komanda ilə oynayırdıq. Heç bir idmançı hansısa oyuna məğlubiyyət üçün çıxmır. Oyundan əvvəl futbolçuları da, özümüzü də qələbəyə kökləyirik. Oyundan sonra analizlər edə bilərik”. 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 3-cü turunda "Zirə" ilə keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.

O, oyundakı mübahisəli penalti epizodu ilə bağlı bunları bildirib: "Hakimin nə düşündüyünü deyə bilmərəm. O, VAR-da təkrara baxanda, həmin yerə yaxınlaşmaq olmaz. Nə qərar veribsə, o da artıq geridə qaldı".

Belaruslu mütəxəssis komandasının hələ də qol hesabını aça bilməməsinə də münasibət bildirib: "Bunu bilsəydim, reseptini sizə deyərdim. Amma işləyirik. Görürəm ki, uşaqlar da çalışır. Vaxt barəsində nəsə deyə bilmərəm. Hamiləlik deyil ki, 9 aydan sonra nəsə gözləyək".

Aleksey Baqa "Bu mövsüm rəhbərlik sizə nə qədər limit verib" sualını belə cavablandırıb: "Mənim işim məşqlərdir, komandanı oyuna hazırlamaqdır. Kabinetlərdə, ofislərdə danışılanlar mənə aid məsələ deyil. İstəyirsizsə, "Atalanta"- "Milan" oyununu müzakirə edə bilərik. Əgər hər şeyi fikirləşsəm, başım partlayar".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31