4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"Kəpəz"in qapıçısı: "Səbrli olmaq lazımdır"

“Səbrli olmaq lazımdır, komanda elitaya yeni yüksəlib. Getdikcə hər şey yoluna düşəcək, nəticələr də olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in qapıçısı Kamran İbrahimov klubun feysbuk səhifəsinəaçıqlamasında deyib. 

Qolkiper arzulanan nəticələri qazanmaq üçün komandanın azarkeşlərindən vaxt istəyib: “Təqvimə əsasən ardıcıl üç oyun avrokuboklarda oynamış komandalara qarşı çıxış etməliyik. Əlbəttə, bizim üçün çətindir. 1-2 oyundan sonra nəyəsə qərar vermək olmur. “Neftçi” ilə görüşdə azarkeşlərin təzyiqini hiss etdim. Gələcək matçlarda yenə bizim yanımızda olsunlar, dəstək versinlər. Bunu onlardan xahiş edirəm. Söz verirəm ki, hər şey yaxşı olacaq”.

Kamran Premyer Liqanın 2-ci turunda “Neftçi” ilə oyunun nəticəsinə (2:5) də toxunub: “Görüşün ağır keçəcəyini bilirdik. Amma nəticənin belə olacağını gözləmirdik. Qarşılaşmaya da yaxşı köklənmişdik, problem yox idi. Sadəcə, alınmadı. Nə etdiksə, nəticəsi olmadı”.

23 yaşlı qapıçı çıxışı barədə də danışıb. O, düşdüyü durumu bəxtsizliklə bağlayıb: “Futbolda belə bir şey var ki, deyirlər “sənin günün deyildi, nə etsən də, alınmayacaq”. Düz deyirlər, hazırlığımda, motivasiyamda hər hansı bir problem görmürdüm. Oyunun qırılma nöqtəsi qısa vaxtda buraxılan 3 qol oldu. Qollardan sonra toparlana bilmədik. Əvəzedilməyi istəmədim, çünki meydanda qalıb komandaya kömək etməyi düşünürdüm. Əsas heyətdəki yerimi itirib-itirmədiyimi “Qəbələ”yə qarşı görüşdə görəcəyik”.

Qeyd edək ki, Kamran bu il iyunun 22-də "Kəpəz"lə 1 illik müqavilə imzalayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31