4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Vüqar Quliyev “Sumqayıt-2”nin hazırlıq prosesini dəyərləndirdi

I Divizionun startına sayılı günlər qalır.

Futbolxeber.az saytının məlumatına görə, “Sumqayıt” ın əvəzedici komandası Vüqar Quliyevin rəhbərliyi altında 2022/2023 mövsümünə hazırlığını davam etdirir. Püşkatmanın nəticəsinə əsasən, ilk turda istirahət edəcək “Sumqayıt-2” təlim-məşq toplanışını “Kapital Bank Arena”da davam etdirir. Bu müddət ərzində “Sumqayıt-2” 4 yoxlama matçında qüvvəsini sınayıb. Əvəzedicilər təlim-məşq topanışı ərzində “Qaradağ Lökbatan” (0:2), “Zirə-2” (2:2), “Qarabağ-2” (1:3) və MOİK-lə (2:2) üz-üzə gəlib.

“Sumqayıt-2”nin baş məşqçisi Vüqar Quliyev hazırlıq prosesi və çempionatın startı ilə əlaqədar klubun mətbuat xidmətinə açıqlama verib: “İyul ayının 20-dən yeni mövsüm üçün hazırığa start vermişik. Təlim-məşq toplanışının ilk günlərində daha çox fiziki hazırlıq üzərində işlədik. Bu müddət ərzində bir neçə futbolçunu sınaqdan keçirdik. Avqustun 10-dan etibarən isə sırf olaraq texniki və taktiki çalışmalara başlamaqla yoxlama oyunları keçirdik. Hazırlıq matçlarında müxtəlif sistemlər üzərində test etməklə komandanı komplekləşdirməyə çalışdıq. Heyətimizin böyük hissəsi, təxminən 75 faizi akademiyamızın yetirmələrindən təşkil olunub. Aşağı yaş qruplarında özlərini yaxşı tərəfdən göstərən gənc futbolçularla müqavilə bağladıq. Artıq bir həftədən sonra I Divizion start götürəcək. Bir-iki mövqedə çatışmazlıqlarımız olsa da, düşünürəm ki, ilk oyuna qədər tam şəkildə çempionata hazır olacağıq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31