6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Turan Tovuz"un mövsümü biletləri satışda: “Komandamıza dəstək olaq, yeni tarixi birlikdə yazaq”

Futbolun İnkişaf Fondu və “Turan Tovuz” klubu məhdud sayda mövsümi biletləri satışa çıxarıb. 

Futbolxeber.az saytının məlumatına görə, 2022/2023 mövsümü üçün nəzərdə tutulan 500 biletin birinin qiyməti 59 manatdır. 

Biletləri əldə edən fanatlar Tovuz şəhər stadionunda komandanın bütün ev oyunlarını (Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə biləcək. Mövsümi bilet əldə edən şəxsə klubun atributları da təqdim olunacaq.

Klubun mətbuat katibi Süleyman Tağıyev komandaya dəstək olmaq üçün azarkeşlərə çağırış edib: “9 illik Premyer Liqa həsrətimiz sona çatır. Klub olaraq azarkeşlərimizin bunu necə həsrətlə gözlədiyini yaxşı bilirik. Məlumdur ki, azarkeşlərimiz daim bizim yanımızda olublar, pis gündə də, yaxşı gündə də həm maddi, həm də mənəvi dəstəklərini əsirgəməyiblər. İndiki halda komandaya mənəvi dəstəklə yanaşı, maddi dəstək də lazımdır. İlk layihə olan mövsümü bilet satışına start veririk. 59 AZN təşkil edən mövsümi bilet əldə edənlərə xüsusi hədiyyələr də təqdim olunacaq. Bütün azarkeşlərimizi bu kampaniyada fəal iştirak etməyə çağırıram. Komandamıza dəstək olaq, yeni tarixi birlikdə yazaq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31