6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Regekampf: “Cavab oyunumuz var, mərhələ adlamağa çalışacağıq”

Oyunun ikinci hissəsinin əvvəlindən narazı qaldım. Komanda reaksiya vermədi. İlk hissədə qol vura bilərdik. İndi analiz etmək çətindir. Futbolçularla söhbət etmişəm. Demişəm ki, Bakıda daha yaxşı hazırlaşmalıyıq. “Aris”i təbrik edirəm. Amma cavab oyunumuz var. Azarkeşlərimizlə birlikdə qələbə qazanmağa, mərhələ adlamağa çalışacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr "Aris"inə 0:2 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Fiziki cəhətdən danışmalı deyilik. Hər şey qarşılaşmaya köklənməkdən asılıdır. Biz başqa cür davranmalı, mübarizə aparmalı və özümüzü qurban verməliyik. Hər şeyi etməliyik ki, növbəti oyunda istəyimizə çataq. İkinci matç daha fərqli olacaq. Biz evdə oynayacağıq. Rəqibi sıxmağa və aqressiv oynamağa çalışacağıq. Şans yarandıqda isə qollar vurmalıyıq. Komandada döyüşkən ruh olmalıdır. Futbolçular özlərinə inanmalıdırlar. Çünki "Neftçi" üçün oynayırlar. Bu, böyük tarixi olan klubdur”, - deyə o bildirib.

Regekampf komandada döyüş ruhunun vacibliyini qeyd edib: “Komandada daha çox döyüş ruhu olmalıdır. Futbolçular özlərinə inanmalıdır. “Neftçi”də, böyük tarixə malik klubda oynadıqları üçün meydanda daha çox şey etməlidirlər. Sabahdan cavab görüşünün hazırlığına başlayacağıq. 0:2 hesabı ilə uduzmağımız normaldır. İkinci görüşdə nə itirə bilərik ki? Yalnız qələbə qazanmalıyıq. Qarşılaşmaya hazırlaşıb geridönüş etməliyik. Azarkeşlərin nəticədən narazı qaldıqlarını bilirəm. Komandam adından onlardan üzr istəyirəm”.
 
Mütəxəssis "Aris" haqqında danışmaq istəmədiyini deyib: “Bura "Aris" haqda danışmağa gəlməmişəm. Mın yalnız öz komandam haqda danışıram. Onu deyə bilərəm ki, bizim oyunumuz və ikinci hissədə verdiyimiz reaksiya gözlənilməz idi. Futbolçularımla birlikdə bu oyunu təhlil edəcəyik və cavab matçına daha hazırlıqlı olacağıq”. 

Baş məşqçi rəqibə yuxarıdan aşağı baxmadığını söyləyib: “Onları təbrik edirəm. Amma bizim cavab oyunumuz var. Hər şey mümkündür. Birinci hissədə şanslardan birini qola çevirsəydik, nələr baş verəcəyini bilmək olmaz. Rəqibə böyük hörmətimiz var. Amma mübarizə aparacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31