Ölkə futbolu
Rəşad Sadıqov: “5 dəqiqə ərzində 2 qol buraxmağımız həlledici oldu”
Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” - “Makkabi” (0:3) ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.
Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib: “Oyunun həlledici məqamları 5 dəqiqə ərzində buraxdığımız 2 qol oldu. Həmin dəqiqələrdə rəqibin aqressiyası aşağı düşürdü. Buraxdığımız iki ucuz qol “Makkabi”yə böyük üstünlük verdi. Komandanın həvəsdən düşməməsi bizi sevindirdi. Yeganə fərq son vuruşlarda idi. Bizim də epizodlarımız oldu. Kombinasiyalı hücumlar qurduq. Bir az dəqiq olsaydıq, oyun fərqli gedəcəkdi. İkinci yarıda da eynilə ucuz qol buraxdıq. Bunlar futbolun içində olan şeylərdir. Futbolçuların çıxışından, oyundan razıyam”.
- Təcrübə məsələsi nə qədər rol oynadı?
- Bunu bəhanə etmək istəmirəm. Təcrübə həmişə önəmlidir. Bu oyunun dərəcəsinə görə çox ucuz qollar buraxdıq. O səhvlər olmasaydı, fərqli oyun gedəcəkdi. Bu gün komandanıın yeni səviyyəyə çıxdığını gördüm. Belə rəqibdən çəkinmədik. Bəzi epizodlarda rəqibin gücü, ustalığı görünürdü. Yaxın gələcəkdə komandanın yeni səviyyəyə çıxacağına inanıram.
- Analiz etdiyiniz rəqiblə meydandakı arasında nə qədər fərq var idi?
- Nə fikirləşmişdik, o da oldu. Fərqli, daha dağıdıcı oynaya bilərdik. Topla oynayıb üstünlük yaratmaq istəyirdik. Bunu edirdik, amma səhvlər də olurdu. Belə rəqiblə səhv buraxmaq limitin yoxdur.
- Səfərə hansı ümidlə gedəcəksiz?
- Hesab böyükdür. 1 qol vurub 2 top fərqi ilə daha çox şeyə ümid etmək olardı. Hazırlaşmalı, layiqli mübarizə aparmalıyıq.
- Cəlal Hüseynov niyə oynamırdı?
- Kim güclüdür, o da oynayacaq. Bu gün bu ikili daha yaxşı idi. Başqa səbəb yoxdur.
- Mərkəz hücumçusu çatışmazlığı nə qədər hiss olundu?
- Mövsüm üçün planımız Rüstəmin mərkəzdə oynaması ilə bağlıdır. Filipe də bərpa olunur. Keytanı mövsümboyu solda planlaşdırırdıq. Bu gün Rəhimin mərkəzə daxil olub ara ötürmələri verməsini gözləyirdik. Məşqlərdə, yoldaşlıq oyunlarında bu, effekt verirdi. Keyta solda daha effektiv olduğundan belə dəyişiklik etdik. Əsas problem bu gün hücumçu ilə bağlı deyil. Hesab həmişə ikinci dərəcəklidir, əsas oyundur. Oyunumuz yaxşı alındı.
- Ehtiyat qüvvənin azlığı çempionatda çətinlik yaratmayacaq?
- Heyəti günişləndirməyi planlaşdırırıq. Əvəzedicilərimiz əsasən gənclərdir. Zədə, cəza var. Mütləq yeni oyunçular gətirməliyik.
- Avrokuboklarda futbolçu kimi debütünüzlə baş məşqçi kimi debütünüzü necə müqayisə edə bilərsiz?
- O vaxt gənc idim, çox düşünmürdüm. Meydana çıxmaq, oynamaq istəyirdim. Böyük həvəslə də oynamışdım. Bu gün daha məsuliyyətlidir. Rəqib də fərqlidir. Meydanın kənarında oyuna çox müdaxilə edə bilmirsən. Bu da adamı gərginləşdirir. Bəlkə, meydanda bu qədər stress keçirməzdim.
- Dağıdıcılıqdan çox oyun quruculuğunu fikirləşdiyinizi dediz. Ancaq start heyətdəki hər 3 orta xətt oyunçusunun dağıdıcılıq keyfiyyətləri daha yüksəkdir. Hamdauini isə meydana sonradan buraxdız. Plan nə idi?
- Düşünmürəm ki, Coşqunun müdafiə keyfiyyətləri aşağıdır. Oyun quruculuğunu onun üzərində qurmuşduq. Yeganə dəyişiklik Hamdaui və İlkin arasında idi. Hamdaui məşq, oyun buraxmışdı. Meydanın mərkəzini rəqibə vermək istəmirdim. Oyun planı olaraq niyyət oyun dağıtmaq deyildi. Qısa paslarla daha kombinasiyalı oynamaq istəyirdik.
- Yeni legioner gələcək?
- Limit də dəyişib. Rəqiblərlə rəqabəti nəzərə almaq lazımdır. Bu gün 8 azərbaycanlı oynayırdıq. Amma heyəti genişləndirmək üçün lazımdır. İstədiyim yerliləri götürə bilmirəm. Məcburuq ki, legionerlə heyəti genişləndirək. Hələ bir legioner gətirməmişik. Planımızda var. Mütləq legioner gətirməliyik. Amma istəmirəm ki, sırf heyəti genişləndirmək üçün oyunçu gətirək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Klublar Komitəsinin iclası keçirilib
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
- “Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
23:25
Renat ehtiyatda qaldı komandası büdrədi
-
23:08
“Qəbələ”nin 3 futbolçusu “Səbail”ə qarşı oynamayacaq
-
22:44
Şeydayevin komandası darmadağın oldu
-
22:13
Elmar Baxşıyev: “Sabah” bəxt sayəsində qalib gəldi”
-
20:57
“Zirə” ikinci pilləyə yüksəldi, “Araz-Naxçıvan” uduzdu
-
19:39
Ayxan Abbasov: "Rəhbərliyə söz vermişəm, bacarmasam, çıxıb gedəcəm"
-
19:26
Rəşad Sadıqov: "Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır"
-
19:11
Musa Qurbanlının komandası qalib gəldi
-
13:00
Rahilin komandası aşağı liqaya düşdü
-
11:51
Qara dəniz derbisini "Samsunspor" qazandı VİDEO
-
11:42
"Latsio" üçün son dəqiqə şoku VİDEO
-
11:33
"Jirona" "Barselona"nı diz çökdürdü VİDEO
-
11:24
"Real"a çempionluq gətirən qələbə VİDEO
-
11:15
Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
-
11:08
"Bavariya" uduzdu VİDEO
-
10:56
Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq
-
10:29
Şahruddinin inamlı oyunu qələbə gətirdi VİDEO
-
10:17
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb
-
10:00
"İnter" 29 oyundan sonra uduzdu VİDEO
-
22:41
Qurban Qurbanov: "Neftçi"yə qarşı hamı istəkli oynayır"
-
22:33
Mustafazadə daha 3 il “Qarabağ”da
-
22:16
Miodraq Bojoviç: “Azarkeşlərdən üzr istəyirəm”
-
21:59
"Neftçi" qapısında 5 qol gördü VİDEO
-
21:20
“Sumqayıt” üçün son dəqiqə şoku, “Neftçi” darmadağın oldu
-
19:18
"Sumqayıt" qələbəni əldən verdi VİDEO
-
18:57
Adil Şükürov: “Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik”
-
18:44
“Düşünürlər ki, bu imkanlarla necə olur ki, "Sumqayıt" bu yerdədir”
-
17:25
Millimiz Belarusa məğlub oldu
-
17:02
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
16:39
Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
-
16:16
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
-
15:57
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
-
12:31
Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
-
12:08
“Qəbələ”nin sabiq baş məşqçisi Renat Dadaşovun klubunda
-
11:52
Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb
-
10:45
"Atletik"dən 2 qol, 2 qırmızı vərəqə VİDEO
-
10:29
"Leypsiq" qələbəni əldən verdi VİDEO
-
10:14
Ozan Canın komandası xalsız qaldı
-
10:00
"Beşiktaş" sonda sevindi VİDEO
-
23:31
Azərbaycanın daha bir gimnastı finala yüksəlib
-
22:15
"Araz-Naxçıvan"ın iki futbolçusu məşqləri bərpa etdi
-
21:43
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirdi
-
21:30
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
-
21:22
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
17:59
33-cü turun hakim təyinatları
-
17:07
Azərbaycanı Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
-
16:41
U-17 və U-19 millilərimizin rəqibləri bəlli oldu
-
15:32
Zöhrə Ağamirova Avropa Kubokunda finala yüksəlib
-
15:26
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
-
15:18
Bakıda Avropa çempionatı keçiriləcək