6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

Regekampf: “Sabahkı oyun bizim üçün çox vacibdir”

“Sabahkı oyun bizim üçün çox vacibdir. İlk rəsmi matçımızdır. Ağır təlim-məşq toplanışı keçmişik. Ümid edirəm ki, sabah çox yaxşı oyun göstərib mərhələ adlamaq üçün böyük addım atacağıq”.

Futbolxeber.az saytınına məlumatına görə, bu sözləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Aris”ə qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib. 

Rumın mütəxəssis heyətlə bağlı açıqlama verə bilməyəcəyini söyləyib: “Üzr istəyirəm, amma sabahkı oyun üçün heyəti sizə indidən deyə bilmərəm. Təlim-məşq toplanışında çox şeyi sınaqdan keçirmişik. Komanda üzvləri arasından ən yaxşı “11-liy”i seçməyə çalışırıq. Elə oynamalıyıq ki, kimliyindən asılı olmayaraq rəqib bizə qol vurmaqda çətinlik çəksin. Söhbət təkcə müdafiə xəttindən yox, bütün heyətdən gedir. Komanda şəklində müdafiə olunmağı öyrənməliyik. Keçmişdə nələrin baş verdiyi önəmli deyil, önəmli olan sabah nələrin baş verəcəyidir”.

“Neftçi” nin çalışdırıcısı rəqib haqda da fikirlərini bölüşüb: “Aris” çox yaxşı heyətə malikdir. Çoxlu legioner və keyfiyyətli futbolçuları, həmçinin yaxşı məşqçiləri var. Çox aqressiv futbol oynayırlar. Uzun müddətdir birlikdədirlər. Buna görə də hansısa problemi aradan qaldırmaq onlar üçün daha da rahatdır. Sabah bizi asan oyun gözləmir. Rəqib aqressiv pressinq tətbiq etməyə çalışacaq. Fiziki cəhətdən də hazırdırlar. Bundan ehtiyat etməliyik. Üstəlik, azarkeş amili də ev sahibinin tərəfində olacaq. Buna baxmayaraq, öz komandama inanıram. Təbii ki, hər bir müsbət nəticə bizim üçün faydalı olacaq, çünki qarşıda cavab oyunu da var. “Aris”ə hörmətlə yanaşırıq, amma buraya sərfəli nəticə qazanmağa gəldiyimizi də gizlətmirik”. 

O, zamana ehtiyac olduğunu bildirib: “Mən və köməkçilərim hər gün futbolçularla çalışırıq. Bu müddət ərzində onlara futbol düşüncələrimizi çatdırmağa çalışmışıq, amma çox az vaxtımız olub. Eyni zamanda, onlarla fiziki cəhətdən də işləmək lazım gəlib. Üstəlik, bəziləri bizə gec qoşulub. Buna görə də bir az zamana ehtiyacımız var. Çox təcrübəli futbolçulara sahibik. Sabahkı oyunda onların təcrübəsi bizə lazım olacaq. Bununla belə, komanda şəklində oynamaq çox vacibdir. Hər bir epizod üçün yaxşı taktika seçməliyik. Planımız var, amma oyunun gedişində hər şey dəyişə bilər. Toplanışın son oyununda konsentrasiya əvvəlki kimi olmur. Bu müddət ərzində çatışmayan cəhətlərin üzərində işləyib problemləri aradan qaldırmağa çalışmışıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31