6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Vladimir İviç: "Bakıda sərfəli nəticə qazanmaq istəyirik"

İsrail "Makkabi"sinin (Təl-Əviv) baş məşqçisi Vladimir İviç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" ilə ilk oyun öncəsi mətbuat konfransı keçirib.

- Oyundan əvvəl sizi narahat edən əsas məqam nədir?

- Hər oyundan qabaq olduğu kimi, bir çox məsələ haqda düşünürəm. Əsas məqsəd oyuna yaxşı hazırlaşmaqdır. İlk matçda sərfəli nəticə qazanmaq istəyirik.

- "Zirə" sizin üçün necə komandadır? PAOK-da baş məşqçi olanda "Qarabağ"a qarşı oyunlarınız olub. Həmin matçlar yadınızda necə qalıb? Həmin vaxtı "Qarabağ"ın kapitanı indi "Zirə"nin baş məşqçisidir...

- "Zirə" haqda danışmaq istəyərdim. Keçmişə çox da köklənmək istəmirəm. Bizi maraqlandıran bu gün və sabahdır. "Zirə" ötən mövsüm çempionatda 3-cü yeri tutub. Hiss olunur ki, təşkilatlanmış komandadır. Rəqibi yaxşı analiz etmişik. Ürəklə oynayırlar, yaxşı gücləri var. Yaxşı hazırlaşmışıq.  90-95 dəqiqə ərzində lazımi nəticəni istəyirik. 

- Rəşad Sadıqov sizin "Makkabi Netanya" ilə matçınızı canlı izləmişdi. Bəs siz "Zirə" haqda hansı məlumatı toplamısınız?

- Bir rəsmi oyun keçirmişik. Xəbərim yox idi ki, rəqibin baş məşqçisi oyundadır. Stadiondan izləyibsə, oyunda bəzi şeyləri görə bilərdi. Biz də digər komandalar kimi hazırlıq mərhələsini yeni bitirmişik. Mövsümün əvvəlidir. Hər məşqçi ideal sistemini, start heyətini müəyyənləşdirməyə çalışır. O ki qaldı, bu, rəqibin bizim oyunumuzu izləməyinə, baxır, informasiyadan necə istifadə edirsən.  Biz də "Zirə"ni təhlil etmişik. Ötən mövsüm bu komanda ikinci yerdən cəmi 3 xal geridə qalıb. Həmçinin kubokun finalında oynayıblar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31