6 May 2024, Bazar ertəsi
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

"Fehervar"ın baş məşqçisi "Qəbələ" ilə görüşə ciddi hazırlaşmışıq"

"Sabah yeni mövsümdə ilk rəsmi matçımızı keçirəcəyik. Görüşə ciddi hazırlaşmışıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Macarıstanın "Fehervar" klubunun baş məşqçisi Mixael Boris sabah "Qəbələ" ilə keçirəcəkləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

O, "Qəbələ"nin fiziki cəhətdən çox güclü komanda olduğunu bildirib: "Məşqçilərimizi rəqibin oyunlarına göndərmişdik. Daha bir neçə iclasımız oldu. Orada Azərbaycan təmsilçisinin necə oynadığını, nəyə qadir olduğunu müzakirə etdik. Ümumiyyətlə, "Qəbələ" fiziki cəhətdən çox güclü komandadır. Bu oyuna tam hazır olmaq üçün təlim-məşq toplanışında hər şeyi etmişik. Start heyətində əsasən Türkiyə "Qalatasaray"ına qarşı yoxlama matçınının ilk hissəsində meydana çıxmış futbolçulara şans verəcəyəm. Amma 2-3 dəyişiklik olacağını da istisna etmirəm".

Qeyd edək ki, sabah "Mol Arena"da oynanılacaq "Fehervar" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31