6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Qəbələ”nin 7-ci Avropa macərası

“Qəbələ” bu həftə 2022-2023-cü illər mövsümünə start verəcək.

Futbolxeber.az saytının məlumatına görə, “qırmızı-qaralar” yeni mövsümə avrokubok matçı ilə başlayacaq. Komanda UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsində “Fehervar”la görüşəcək. İlk qarşılaşma Macarıstanda olacaq. 

Tarixində 7-ci dəfə avrokuboklarda oynayacaq “Qəbələ”  UEFA Konfrans Liqasında debüt edəcək. Bunadək komanda 6 dəfə UEFA Avropa Liqasında qüvvəsini sınayıb. 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinədək irəliləyən “qırmızı-qaralar” iki dəfə (2017/18, 2019/20) II, iki dəfə (2014/15, 2018/19) I təsnifat mərhələsində mübarizəni dayandırıb.

Avrokuboklardakı 6 mövsümdə 38 matça çıxan “Qəbələ” 10 qələbə qazanıb. 7 heç-heçəsi olan komanda 21 dəfə uduzub. Rəqib qapılarından 36 top keçirən "Qəbələ" futbolçuları 55 qol buraxıb.

Qəbələdəki cavab oyunu 40-cı avrokubok sınağı olacaqsa, Macarıstandakı matç 20-ci səfər görüşüdür. Rəqib meydanındakı 19 dueldə 3 qələbə və 4 heç-heçəsi olan “Qəbələ” 12 dəfə uduzub. 13 qol vuran komanda 30 top buraxıb.

“Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev bu vəzifədə avrokuboklarda debüt edəcək. O, komandanı qitə səhnəsinə çıxaracaq 4-cü mütəxəssis olacaq. Roman Qriqorçuk 32, Sənan Qurbanov 4, Dorinel Muntyanu 2 belə görüşdə “sükan arxası”nda olub.

Futbolçular arasında rekordçu Dmitri Bezotosnıdır. Onun hesabında 32 oyun var. Voislav Stankoviç 29, Sergey Zenyovla Rikardinyo hərəyə 27, Vitali Vernidub 26 dəfə avrokubok görüşündə şans qazanıb.

Altı futbolçu avrokuboklarda 3 və ya daha çox qola imza atıb. Ən yaxşı bombardir Sergey Zenyovun aktivində 6 qol var. Teo Uiks 5, Dodo 4, Filip Ozobiç, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 dəfə fərqlənib (gabalafc.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31