6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Turan Tovuz”dan 2 yeni transfer

“Turan Tovuz” 2 yeni transfer gerçəkləşdirib.

Futbolxeber.az saytının klubun feybsuk səhifəsinə istinadən verdiyi məlumata görə, “Turan”ın yetirməsi olan yarımmüdafiəçi Cavid Tağıyevlə bir illik müqavilə bağlanıb. Vaxtilə milli komandamızın da şəfərini qorumuş 30 yaşlı futbolçu “Səbail”, “Sabah”, “Sumqayıt”, “Zirə”, “Qarabağ” və AZAL-ın da formasını geyinib.

Digər transfer Ayxan Hüseynovla da 1 illik müqavilə bağlanıb. “Zenit”in yetirməsi olan hücumçu bölgə klubuna azad agent kimi keçib.Ayxan Hüseynov Rusiyada “Ural-2”, “Leninqradets”, “Nijni Novqorod” klublarında da çıxış edib.

Qeyd edək ki, "Turan Tovuz" buna qədər Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Şakir Seyidov,  Veysəl Rzayev, Xəyal Nəcəfov, Turan Vəlizadə, Eltun Turabov, Ehtiram Şahverdiyev, Piruzi Marakvelidze vəİmeda Aşortianı da heyətinə cəlb edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31