Ölkə futbolu
Qurban Qurbanov: “Son illər, bəlkə də, ən çox diqqət etməli olduğumuz oyundur”
“Hazırlaşmaq üçün bir həftəyə yaxın vaxtımız var idi”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”lə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis “Azersun Arena”nın mətbuat zalında baş tutan tədbirdə komandasının sabahkı matça hazırlığını dəyərləndirib: “Rəqibin son oyunlarını təhlil etmişik. Onların "Yanq Boyz"la (0:4) son matçdakı hesabı aldadıcı ola bilər. Fərqli sistemdə çıxış edirlər. Son illər, bəlkə də, ən çox diqqət etməli olduğumuz oyundur. Rəqibi yaxından tanımırıq. Oyunun gedişində tanıyacağıq. Adətən ilk görüşdən sonra rəqibi daha yaxından tanımaq olur. "Sürix" sona 4 tur qalmış İsveçrə çempionu olan komandadır. Bu da onların gücündən xəbər verir. Hücumda oynamaq öz yerində, amma müdafiədə də həddən artıq diqqətli olmalıyıq. Meydanda öz oyunumuzu düşünməklə yanaşı, rəqibin də əks-hücumlarına hazırlıqlı olmalıyıq".
- “Sürix”in heyətində ciddi dəyişikliklər olub, həmçinin baş məşqçi dəyişib. Onlardakı itkilər “Qarabağ”a hər hansı üstünlük qazandırır?
- Dəyişikliklərin həm mənfi, həm də müsbət tərəfi olur. Hazırkı baş məşqçiləri təcrübəli mütəxəssisdir. Uzun müddət Avstriya millisinin sükanı arxasında olub. Avrokubok oyunları üçün böyük təcrübəyə malikdir. Hiss olunur ki, öz sistemlərindən əl çəkmir. Yeni baş məşqçi həm 4-lü, həm də 5-li müdafiə sistemindən yararlanır. Avropadakı klublar elə səviyyədədir ki, gedənlərin yerini doldurmaqda çətinlik çəkmirlər. Aparıcı oyunçuları getməsəydi belə, onlara qarşı inamla çıxış edəcəkdik. Və ya “Sürix”ə rahat qalib gələ bilərik düşüncəsi ola bilməz. Yeni baş məşqçi bəlkə onları daha da stimullaşdırıb. Bizdə bu qədər dəyişiklik olsaydı, bəlkə təsir edərdi. Əsas qol silahları ayrılsa da, hücum potensialları böyükdür. Onların irəlidə oyunu tam fərqlidir. Ola bilər ki, ilk matçda tanımaq baxımından çətinlik çəkək. “Sürix”i oyunun gedişində daha yaxşı tanıyacağıq. Rəqibdə kiminsə getməsini düşünmək bizə mane ola bilər. Özümüz yaxşı olmalı və oyun üslubumuzu qoruyub saxlamalıyıq.
- Yeni transferiniz Julio Romaoya sabahkı oyunda şans verəcəksiniz? Ümumiyyətlə, onu komandadan ayrılan Patrik Andrade ilə müqayisə edə bilərsiniz?
- Ona bir gün baxa bildik. Romaoya qədər Yankoviçi də transfer etmişdik. Amma yenə də görürdük ki, əlavə bəzi mövqeləri gücləndirməyə ehtiyacımız var. Gətirdiyimiz oyunçuya “Patrik Andrade kimi oynamalısan” deyəcəyiksə, ondansa gətirməmək yaxşıdır. Romao fərqli oyunçudur. Onun üstün cəhətlərindən yararlanmağa çalışacağıq. Bura gələn futbolçunun ustalıq səviyyəsini daha da yaxşılaşdırmağa çalışırıq. Avropadan gəlməsinə baxmayaraq, Çempionlar Liqası təcrübəsi tam başqadır. Bu turnirə uyğunlaşmaq o qədər də asan deyil. Canlı gördükdən sonra onunla bağlı təəssüratlarınız daha yaxşı olacaq.
- Komandada arxayınlıq olmasından ehtiyatlanmırsınız?
- İnanmıram, hələ yeni başlamışıq. Bu turnirin nə dərəcədə ciddi olduğunu bilirik. Çempionlar Liqası bütün turnirlərdən fərqlənir. Həm gərginlik, həm fiziki, həm psixoloji yorğunluq olur. Çempionlar Liqası futbolda bir nömrədir. Çox istərdim ki, futbolçularım sabah əvvəlki oyunundan daha yaxşısını etsinlər.
- Biletlərin hamısı satılıb. Bakının istisi və “Lex” üzərində qələbənin yaratdığı motivasiyanı nəzərə alsaq, “Qarabağ”ı favorit saymaq olar?
- Biletlərin satılması azarkeşlərin bizə olan inamını göstərir. Amma heç vaxt kimisə digərindən üstün saymamışam. Üstünlüyümüz odur ki, Bakıda, doğma azarkeşlərimiz qarşısında oynayırıq. Həddən artıq motivasiya da futbolçunu “yandıra” bilər. Ən böyük narahatlığım budur. Həddən artıq motivasiya sarı, qırmızı vərəqə riskini artırır. “Sürix” də ölkəsinin çempionudur. Şansları bərabər sayıram. Futbolçu azarkeş, kütlə qarşısında böyüyür. Çünki daha istəkli, bacarıqlı, məsuliyyətli olur. İstərdim ki, hətta çempionat oyunlarımızda da böyük azarkeş kütləsi olsun. Kütlə qarşısında oynamaq futbolçunun məşqlərə, oyunlara yanaşmasını ciddiləşdirir. Bizim azarkeşlərimiz bir nömrədir. Ötən matçda da bunun şahidi olduq. Hətta məğlub olsaq belə, çalışacağıq ki, azarkeşlərimiz o mübarizəni, istəyi görsünlər, razı getsinlər (Apasport).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
- “Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
12:47
Azərbaycan kuboku: Final öncəsi kapitanlardan atmacalı açıqlama
-
12:28
İldar Alekperov: "Həlledici zərbələr çatışmırdı"
-
11:59
Region Liqasında yarımfinal mərhələsinin təqvimi müəyyənləşib
-
11:31
Azərbaycanlı futbolçunun komandasında qalmaqal: "5 aydır köhnəlmiş çörək yeyirik"
-
11:15
"Neftçi"nin təkrarlanan antirekordu
-
11:03
"Sumqayıt" rekordunu təkrarlayıb
-
10:52
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
-
10:36
"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb
-
10:24
"Yarımfinal daha sərt keçəcək"
-
10:11
"Qalatasaray" "Sivasspor"u darmadağın etdi VİDEO
-
09:59
“Vurduğum qoldan zövq aldım”
-
09:47
Coşqun Diniyev “Erzurumspor” üzərində qələbəyə sevindi
-
09:30
"Milan" - "Cenoa" matçında 6 qol VİDEO
-
23:25
Renat ehtiyatda qaldı komandası büdrədi
-
23:08
“Qəbələ”nin 3 futbolçusu “Səbail”ə qarşı oynamayacaq
-
22:44
Şeydayevin komandası darmadağın oldu
-
22:13
Elmar Baxşıyev: “Sabah” bəxt sayəsində qalib gəldi”
-
20:57
“Zirə” ikinci pilləyə yüksəldi, “Araz-Naxçıvan” uduzdu
-
19:39
Ayxan Abbasov: "Rəhbərliyə söz vermişəm, bacarmasam, çıxıb gedəcəm"
-
19:26
Rəşad Sadıqov: "Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır"
-
19:11
Musa Qurbanlının komandası qalib gəldi
-
13:00
Rahilin komandası aşağı liqaya düşdü
-
11:51
Qara dəniz derbisini "Samsunspor" qazandı VİDEO
-
11:42
"Latsio" üçün son dəqiqə şoku VİDEO
-
11:33
"Jirona" "Barselona"nı diz çökdürdü VİDEO
-
11:24
"Real"a çempionluq gətirən qələbə VİDEO
-
11:15
Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
-
11:08
"Bavariya" uduzdu VİDEO
-
10:56
Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq
-
10:29
Şahruddinin inamlı oyunu qələbə gətirdi VİDEO
-
10:17
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb
-
10:00
"İnter" 29 oyundan sonra uduzdu VİDEO
-
22:41
Qurban Qurbanov: "Neftçi"yə qarşı hamı istəkli oynayır"
-
22:33
Mustafazadə daha 3 il “Qarabağ”da
-
22:16
Miodraq Bojoviç: “Azarkeşlərdən üzr istəyirəm”
-
21:59
"Neftçi" qapısında 5 qol gördü VİDEO
-
21:20
“Sumqayıt” üçün son dəqiqə şoku, “Neftçi” darmadağın oldu
-
19:18
"Sumqayıt" qələbəni əldən verdi VİDEO
-
18:57
Adil Şükürov: “Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik”
-
18:44
“Düşünürlər ki, bu imkanlarla necə olur ki, "Sumqayıt" bu yerdədir”
-
17:25
Millimiz Belarusa məğlub oldu
-
17:02
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
16:39
Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
-
16:16
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
-
15:57
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
-
12:31
Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
-
12:08
“Qəbələ”nin sabiq baş məşqçisi Renat Dadaşovun klubunda
-
11:52
Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb
-
10:45
"Atletik"dən 2 qol, 2 qırmızı vərəqə VİDEO
-
10:29
"Leypsiq" qələbəni əldən verdi VİDEO