5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Qismət Alıyev: "Qırmızı vərəqə aldığım epizodda ayağımı yığa bilmədim"

"Topa getdiyim vaxt artıq rəqib ötürmə etmişdi, mən də ayağımı yığa bilmədim".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Qismət Alıyev Serbiyada Belarusla UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyununda qırmızı vərəqə aldığı epizod barədə danışarkən deyib.

26 yaşlı yaşlı yarımmüdafiəçi meydandan kənarlaşdırıldığı üçün məyus olduğunu bildirib: "Bu, oyun epizodu idi. Sadəcə, görüşün sonlarında top rəqib futbolçu ilə mənim qarşıma düşdü. Fikirləşdim ki, topu ala bilməsəm də, ən azından xırda qayda pozuntusu olsun".

Alıyev yığmadakı debüt matçında bu cür halla üzləşmək istəmədiyini söyləyib: "Heç kim qırmızı vərəqə almaq istəmir. Sadəcə, millidə ilk qarşılaşmam olduğu üçün meydana istəkli çıxmışdım".

Oyunçu komandanın iki görüşdə bir xal qazanması barədə də danışıb: "Həm Qazaxıstan, həm də Belarusla qarşılaşmalarda çoxlu şanslarımız oldu. Hər iki matçda yaxşı təsir bağışladıq. Əlimizə düşən imkanlardan istifadə etsəydik, hər şey başqa cür olardı".

Qeyd edək ki, ilk matçında səfərdə Qazaxıstana 0:2 hesabı ilə məğlub olan Azərbaycan millisi Belarusla görüşdən qolsuz heç-heçə ilə ayrılıb. Yığma komanda iyunun 10-da Bakıda Slovakiyanı qəbul edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31